Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Teymur xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
Nukha (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:T{{Şəxs |Şəkil = |Şəkil məlumat= |Şəkil miqyası = 200 |Adı = Teymur xan Xoyski |Tam adı = Teymur xan Cahangir xan oğlu Xoyski |Digər adları...' ilə yarat) tərəfindən edilmiş 13:26, 17 iyul 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Teymur xan Xoyski
Teymur xan Cahangir xan oğlu Xoyski
Doğum tarixi 11 noyabr, 1891
Doğum yeri Gəncə

Xoyski Teymur xan Cahangir xan oğlu - artilleriya podpolkovniki

Həyatı

Teymur xan Xoyski 1891-ci il noyabrın 27-də Gəncə şəhərində zadəgan ailəsində anadan olmuşdur. Gəncə klassik kişi gimnaziyasını və 1914-cü ildə Tiflis hərbi kadet məktəbini bitirib. Azərbaycan Demokratik Respublikası milli ordusunda isə ikinci Bakı süvari alayında komandir müavini olub. Respublika Mərkəzi Dövlət Arxivində polkovnik Şirin bəy Kəsəmənlinin 1919-cu il 7 may tarixli raportu saxlanılır. Birinci süvari diviziyasının rəisinə, surəti isə Baş Qərargah rəisinə ünvanlanan raportunda polkovnik Şirin bəy Kəsəmənli yazır:

Mənə etibar olunmuş alayın kapitanı Teymur xan Xoyski haqqında qısa məlumat və ober-zabitin təltifat vərəqini sizə təqdim edirəm. Məlum edirəm ki, onu hələ praporşiklər məktəbində xidmət etdiyi vaxtdan intizamlı zabit kimi tanıyıram. O, mənim tabeliyimdə xidmət edərkən özünü məktəb heyətinin görkəmli rəhbəri kimi tanıtmış, mənim təqdimatımla köməkçim təyin olunmuşdur. Günbəgün öz əməyini və enerjisini heç bir şəxsi mənafe güdmədən hərbi xidmətə sərf edir. Zabit Teymur xan yaxşı başa düşür ki, Vətənin və millətin naminə xidmət edir. Alaya xidmətə gəldiyi ilk gündən o, sanki on iki hissəyə bölünmüşdür. Onun işinə nəzər yetirdikdə alay komandirinin müavini əvəzinə on iki rota komandirinin vəzifəsini də yerinə yetirdiyininin şahidi olursan. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq çox xahiş edirəm, Sizin təqdimatınızla kapitan Teymur xan Xoyskiyə podpolkovnik rütbəsi verilsin. Üstəlik də hazırda tutduğu vəzifə ona podpolkovnik rütbəsini almağa imkan verir

Birinci Dünya Müharibəsində iştirak edən kapitan Teymur xan Cahangir xan oğlu Xoyski cəbhələrdə nüfuzlu nəslinin adına layiq döyüş yolu keçmişdir. Teymur xan Xoyski 1920-ci ilin iyul ayında həbs edilib. Ailəsi ilə birlikdə sürgünə göndərilib.

Mükafatları

Arxivdə "təmamilə məxfi" qrifilə saxlanan təltifat vərəqidir. Teymur xan 1915-ci ildən 1917-ci ilə kimi iştirak etdiyi döyüşlərdə dördüncü dərəcəli "Müqəddəs Anna" (üzərində "İgidliyə görə" yazısı ilə), üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə), ikinci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə), knyaz Vladimirin şərəfinə təsis edilmiş dördüncü dərəcəli orden (qılınc və bantla birgə) və 1917-ci ilin fevral ayında Georgi silahı ilə təltif olunmuşdur.

Həmçinin bax