Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Teymurxan Şamilov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəki İpək kombinatının...' ilə yarat) tərəfindən edilmiş 12:54, 18 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Teymurxan Şamilov
Şamilov Teymurxan Şövkətziya oğlu
Teymurxan Şamilov
Teymurxan Şamilov
Doğum tarixi 1950(1950-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 22 yanvar 2018 (68 yaşında)
Uşağı Vəfa Şamilova
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika şöbəsi (1967–1972)

Teymurxan Şamilov (1950–2018) — Şəki şəhər bələdiyyəsinin sabiq sədri.

Haqqında məlumatlar

1950-ci ildə anadan olub.

Təhsili

1967-ci ildə Nuxa şəhər 7 saylı orta məktəbini bitirib.

1967 – 1972-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1972-ci ildə Mingəçevir şüşə liflər zavodunda usta köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1973 – 1976-cı illərdə Şəki sənaye kombinatında mühəndis-mexanik,

1976 – 1979-cu illərdə V.İ.Lenin adına Şəki İpək Kombinatının baramaaçan istehsalında sex ustası, istehsalat rəisi,

1979 – 1982-ci illərdə Bakı bədii istehsalat idarəsində mühəndis vəzifəsində çalışıb.

1982-ci ildən Şəki istehsalat kombinatında müxtəlif vəzifələrdə işləyib; o cümlədən,

1991-ci ilin sentyabr ayının 1-dən həmin müəssisənin baş mühəndisi,

1996-cı ilin fevral ayının 10-dan isə direktoru olub.

1999-cu ilin iyul ayında “Şəki-İpək” ATSC-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

2000 – 2005-ci illərdə Şəki Bələdiyyəsinin sədri olub.

Vəfatı

22 yanvar 2018-ci il tarixdə – 68 yaşında, Bakıda toy məclisində iştirak edərkən ürək tutmasından vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Şamilov Teymurxan // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 368–369. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. 68 yaşlı kişi toyda öldü : [arx. 18.09.2021] // Ölke.Az. — 2018. — 23 yanvar. — Müraciət tarixi: 18.09.2021.