Teymurxan Şamilov (1950–2018) — Şəki şəhər bələdiyyəsinin sabiq sədri.

Teymurxan Şamilov
Şamilov Teymurxan Şövkətziya oğlu
Teymurxan Şamilov
Teymurxan Şamilov.
Doğum tarixi 16 fevral 1950(1950-02-16)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 yanvar 2018 (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Həyat yoldaşı Kifəyət Şamilova
Uşaqları Vəfa Bağırova, Münəvvər Zeynalova, Nərmin Şirinova
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika şöbəsi (1967–1972)

Haqqında məlumatlar Redaktə

16 fevral 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1967-ci ildə Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.

1967 – 1972-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti Redaktə

1972-ci ildə Mingəçevir şüşə liflər zavodunda usta köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1973 – 1976-cı illərdə Şəki sənaye kombinatında mühəndis-mexanik,

1976 – 1979-cu illərdə V.İ.Lenin adına Şəki İpək Kombinatının baramaaçan istehsalında sex ustası, istehsalat rəisi,

1979 – 1982-ci illərdə Bakı bədii istehsalat idarəsində mühəndis vəzifəsində çalışıb.

1982-ci ildən Şəki istehsalat kombinatında müxtəlif vəzifələrdə işləyib; o cümlədən,

1991-ci ilin sentyabr ayının 1-dən həmin müəssisənin baş mühəndisi,

1996-cı ilin fevral ayının 10-dan isə direktoru olub.

1999-cu ilin iyul ayında “Şəki-İpək” ATSC İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

2000 – 2005-ci illərdə Şəki Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Vəfatı Redaktə

22 yanvar 2018-ci il tarixdə – 67 yaşında, Bakıda toy məclisində iştirak edərkən ürək tutmasından vəfat edib.

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Şamilov Teymurxan // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 368–369. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Sərkərlər // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 179-188. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  3. 68 yaşlı kişi toyda öldü : [arx. 18.09.2021] // Ölke.Az. — 2018. — 23 yanvar. — Müraciət tarixi: 18.09.2021.