Teyyub Əfəndiyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 18:19, 25 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Teyyub Əfəndiyev
Əfəndiyev Teyyub Musa oğlu
Teyyub Əfəndiyev
Teyyub Əfəndiyev.
Doğum tarixi 14 aprel 1903(1903-04-14)
Doğum yeri Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1987(1987-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Bakı
Vətəndaşlıq SSRİ
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri namizədi
Elmi adı professor
Təhsili

 • Stomatologiya İnstitutu (1929–1932)

 • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi, gecə şöbəsi (1932–1936)
Uşaqları Leyla, Almaz və Məmmədiyyə
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı — 1947
Adının digər versiyaları Teyyub Efendiyev, Teyyub Afandiyev, Тейюб Эфендиев, Тейюб Афандиев, Тејјуб Әфәндиев

Teyyub Əfəndiyev (1903–1987) — tanınmış terapevt, kardioloq, revmotoloq, həkim-pedaqoq, tibb elmləri namizədi və professor. Uzun müddət Azərbaycan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

14 aprel 1903-cü il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub. İki yaşında olarkən atası vəfat edib.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1922-ci ildən Nuxada Fəhlə Fakültəsində,

1929 – 1932-ci illərdə Bakıda Stomatologiya İnstitutunda,

1932 – 1936-сı illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin gecə şöbəsində təhsil alıb.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

1941-ci ilin iyun ayında Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Bakı şəhər Caparidze Rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Əvvəlcə XI əlahiddə batalyonun tibb-sanitar hissəsinə rəis təyin edilib. 1941-ci ilin sentyabr ayında cəbhə bölgəsində ağır yaralanıb. Sağaldıqdan sonra – 1942-ci ildə, Krım cəbhəsində döyüşən 47-ci ordunun 825-ci yoluxucu xəstəliklər qospitalında xidmət edib. Həmin ilin may ayında cəbhə bölgəsində yenidən ağır yaralanıb və bundan sonra 2-ci qrup müharibə əlili kimi ordudan tərxis edilib. Müharibə dövründə əvvəl 3-сü dərəcəli hərbçi-həkim, sonra isə tibb xidməti kapitanı rütbəsinə malik olub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1920-ci ildən Nuxa qəza idarəsinin maliyyə şöbəsində,

1923-cü ildən isə vergi şöbəsində işləyib.

1929 – 1932-ci illərdə Nuxa şəhər poliklinikasında stomatoloq,

1932-ci ildən Bakı şəhər 2 №-li poliklinikasının baş həkimi,

1933-cü ildən Bakı şəhər Voroşilov rayon səhiyyə şöbəsinin müdiri,

1936 – 1937-ci illərdə Xaçmaz rayon mərkəzi xəstəxanasının baş həkimi,

1937 – 1939-cu illərdə Azərbaycan Tibb İnstitutunun qospital terapiya kafedrasında ordinator vəzifəsində çalışıb.

1943-cü ildən yenidən Azərbaycan Tibb İnstitutunun qospital terapiya kafedrasında çalışmağa başlayıb; o cümlədən,

1945-ci ildə dosent vəzifəsinə seçilib.

1947-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi Vərəm İnstitutunun kliniki şöbəsinə müdir,

1948-ci ildə Salyan rayon xəstəxanasına baş terapevt və xəstəxananın daxili xəstəliklər şöbəsinə müdiri,

1950-ci ildə isə Bakı şəhər 5 nömrəli klinik xəstəxanasının terapiya şöbəsinin müdiri təyin olunub.

1951-ci ildə Daşkənd Tibb İnstitutunun terapiya kafedrasının dosenti,

1952-ci ildə isə Özbəkistan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun tropik xəstəliklər kafedrasının müdiri seçilib.

1958-ci ildə Özbəkistanda Əndican Tibb İnstitutunun terapiya kafedrasına müdir təyin olunub.

1960-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında professor,

1962 – 1978-ci illərdə isə həmin kafedrasının müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1939-cu ildə Leninqrada – professor Q.F.Lanqın klinikasına, ezam olunur, orada 1941-ci ildə tibb elmləri namizədi dissertasiyasını müdafiə edib.

Revmatizm və ürək xəstəliklərinin öyrənilməsi, müalicəsi sahəsində əhəmiyyətli işlər görüb. “Azərbaycanda revmatizm” (1969), “Ürək” (1977) və “Ürəyin revmatik qüsurları” (1984) adlı kitabların, 150-dən çox elmi əsərin müəllifidir.

Rəhbərliyi altında iki doktorluq, 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdir.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

1988-ci ildə – 83 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Эфендиев Теюб Мусаевич : [arx. 25.05.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 25.05.2023.
  2. Mete Ə. Alim-təbib // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 335-338. — 500 nüsx.
  3. Teyyub Əfəndiyev // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 458-459. — 500 nüsx. — ISBN 5-8066-1708-4.