Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Tofiq Mehdiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tofiq Mehdiyev
Mehdiyev Tofiq Vahid oğlu
Tofiq Mehdiyev
Tofiq Mehdiyev.
Doğum tarixi 27 oktyabr 1953 (1953-10-27) (70 yaş)
Doğum yeri Qoxmuq, Nuxa (indiki Şəki) rayonunun, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi tibb üzrə elmlər doktoru
Təhsili

 • Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1970–1976)

 • Bakı şəhər 4 saylı Kliniki Xəstəxana, terapiya ixtisası üzrə internatura kursu (1976)
Atası Vahid Mehdiyev
Mükafatları "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı
facebook səhifəsi

Tofiq Mehdiyev — tibb üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar həkimi, Şəki Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin məsləhətçi həkim-endokrinoloqu, Şəkidəki “Alyans” klinikasının endokrinoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.

Haqqında məlumatlar

27 oktyabr 1953-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində, ziyalı ailəsində anadan olub.

Təhsili

1970-ci ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.

1970 – 1976-cı illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

1976-cı ildə Bakı şəhər 4 saylı Kliniki Xəstəxanada terapiya ixtisası üzrə internatura kursu keçib.

Əmək fəaliyyəti

1977 – 1980-ci illərdə Bakı şəhər 12 saylı xəstəxanada həkim-terapevt,

1980-cı ildən Şəki Mərkəzi Rayon Xəstəxanasında həkim-terapevt işləyib. Sonra Şəki Rayonlararası Endokrinoloji Dispanserində əvvəlcə həkim-endokrinoloq,

1984 – 2010-cu illərdə baş həkim,

2010 – 2020-ci illərdə isə şöbə müdiri vəzifəsində çalışıb.

2020-ci ildən Şəki Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində məsləhətçi həkim-endokrinoloq, eyni zamanda Alyans klinikada endokrinoloq vəzifəsində çalışır.

Pedaqoji fəaliyyəti

1977 – 1980-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun yoluxucu xəstəliklər kafedrasında,

1994 – 2000-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialında,

2000 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim işləyib.

2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

1995-ci ildə “Şəkərli diabetli xəstələrdə trofiki xora və qanqrenanın kompleks müalicəsi” mövzusunda namizədlik,

2015-ci ildə “Şəkərli diabet fonunda inkişaf edən erektil disfunksiyanın ikincili profilaktikası və müalicəsinin müasir prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

7 monoqrafiya, 5 metodik tövsiyə, 80-dan artıq elmi məqalənin müəllifidir. 20-dən artıq elmi məqaləsi müxtəlif xarici ölkələrdə (Amerika, Almaniya, İngiltərə, Türkiyə, Rusiya və s.) çap olunub.

Kitabları

  • Endemik ur və yod problemi/T.V.Mehdiyev; Elmi red: M.Ə.Ələkbərov. B.: Təbib, 1999. 216 s.

Təltif və mükafatları

Digər

Azərbaycanda nəşr olunan “Metabolizm” və “Urologiya və reproduktiv təbabət” jurnallarının və Rusiya Federasiyasında nəşr olunan “Kurotnaya meditsina” (rus.: “Курортная медицина”) jurnalının redaksiya heyətinin üzvüdür.

2014-cü ildə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Sertifikasiya Komissiyasında endokrinologiya ixtisası üzrə imtahan verərək maksimal qiymət - 100 bal toplamışdır.

Ədəbiyyat

  1. Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı : [arx. 5 Sep 2018 - 7 Sep 2018] // E-qanun.az. — 2000. — 2 noyabr. — Müraciət tarixi: 05.02.2022.
  2. Məmmədov Ə., Xalıqov F. Mehdiyev Tofiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 410-412. — 1.000 nüsx.