Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Tofiq Qaffarov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış şair v...' ilə yarat) tərəfindən edilmiş 19:48, 19 sentyabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Tofiq Qaffarov
Qaffarov Tofiq
Tofiq Qaffarov
Tofiq Qaffarov, 3 iyul 1969-cu il
Doğum tarixi 4 oktyabr 1935(1935-10-04)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 22 iyul 1991 (55 yaşında)
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (–1960)

Tofiq Qaffarov (1935–1991) —

Haqqında məlumatlar

4 oktyabr 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1954-cü ildə orta məktəbi,

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.


Əmək fəaliyyəti

1960 – 1969-cu illərdə, Əvvəl Zaqatala rayonunda, Sonra isə Nuxa/Şəki rayonunda orta məktəb müəllimi,

1969 – 1975-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsində ideoloji işçi,

1975 – 1979-cu illərdə Şəki Şəhər Maarif Şöbəsinin müdiri,

1979 – 1991-ci illərdə isə Şəki şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ədəbi-bədii yaradıcılığı

Vəfatı

22 iyul 1991-ci il tarixdə – 55 yaşında, Şəkidə vəfat edib. Xoçik qəbiristanlığında dəfn edilib.

İstinadlar

Ədəbiyyat

Pedaqoji fəaliyyətinə Zaqatala rayonunda başlamış, sonra isə Şəkinin Qudula kəndində pedaqoji fəaliyyət göstərmişdir. O, vəzifəsini təhsil sisteminin bütün pillələrində vicdanla, ləyaqətlə yerinə yetirmişdir Yüksək elmi və pedaqoji biliyi Tofik Qaffarovu vəzifə pillə - lə rində irəlilətmiş, o, Şəkinin təhsil sistemi ilə yanaşı, siyasi-ictimai həyatında da yaxından iştirak etmişdir. O, zamanı üçün böyük nüfüza malik olan Şəki Şəhər Partiya Komitəsində ideoloji işçi kimi 1969-cu ildən 1975-ci ilədək fəaliyyət göstərmişdir. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq Tofik Qaffarovun əsas fəaliyyət idealı doğruluq, həqiqətsevərlik, ədalətlilik olmuş, hətta yüksək vəzifələrdə işlədiyi müddətdə də yazıçı-müəllim bəzən ədalətsevərliyinə görə haqsızlıqla da üzləşmişdi. Həyatının bu səhifələri poeziyasında öz izini buraxmış, “Yanır canım” adlı şeirində yazmışdı: Bu haqsızlıq ocağında, Yanır quru canım mənim. Damarımdan atəş axır, Alov olub qanım mənim. Pedaqoji sahəni gözəl bilməsi və yüksək kollektivçilik və ida - rəçilik səriştəsi nəzərə alınaraq 1975-ci ildə o, Şəki Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Müəllim-şairin Şəki təhsilinə rəhbərlik etdiyi dörd il müd də - tin də təhsilin inkişafına göstərdiyi diqqət və qayğı hər sahədə-həm pe daqoji kollektivin işində, həm də şagirdlərin uğurunda özünü biruzə vermişdi. 1979-cu ilin sentyabrından ömrünün sonunadək şəhər 12 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Tofik Qaffarov təkcə öz ixtisasını gözəl bilən bir pedaqoq de - yil, həmçinin istedadlı qələm sahibi kimi də tanınmışdır. Biz şairna sirin konkret olaraq hansı bədii nümunə ilə ədəbiyyata gəldiyini söyləməkdə çətinlik çəksək də, onun zəngin arxivində olan bədii nümunələrin yazılma tarixi 60-80-cı illəri əhatə edir. Ədibin ar xi - vin də həmçinin, S.Vurğunun, M.P.Vaqifin, V.Mayakovskinin, M.F.Axundzadənin yaradıcılığı ilə bağlı yazılmış elmi xarakterli mə qalələr də diqqəti cəlb edir. Tofik Qaffarovun ədəbi fəaliyyətini yüksək qiymətləndirən, hazırda Şəkidə istedadlı qələm sahibi kimi tanınan Q.Süleymanlı “Dili şeirli,qəlbi günəşli insan!”adlı məqaləsində yazır: “O,( Tofik Qaffarov- K.A.) kiçik yaşlarından ədəbi- bədii yaradıcılığa xüsusi həvəs göstərmiş, filoloq kimi ali təhsil aldıqdan sonra yüksək və oxunaqlı bədii keyfiyyətlərə malik lirik və satirik şeirlər, mənəvi və etik sahələri əhatə edən, yaddaqalan, oxunaqlı nəsr əsərləri yazmış, publisist yazıları ilə oxucuların yaddaşında tənqidçi, yaradıcı ədəbiyyatşünas kimi qalmışdır” [931 ]. Onun məzmunca gözəl olan şeir, hekayə və məqalələri “Ədə - biy yat və incəsənət”,”Azərbaycan müəllimi”,”Şəki fəhləsi”, “İpəkçi”, “Şəkinin səsi” və s. kimi mərkəzi və yerli dövri mətbuat səhifələrində dərc edilmişdir. Bu yaradıcı, istedadlı ədəbi şəxsiyyət 1991-ci ilin iyul ayının 22-də Şəkidə vəfat etmiş, Xoçih qəbiristanlığında dəfn olun - muşdur.


Tofiq Mustafa oğlu Qaffarov 1995-ci ilin oktyabr ayının 4-də Şəki şəhərində anadan olmuş, orta təhsilini 1954-cü ildə, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini isə1960-oı ildə bitirmişdir. Dedaqofi fəaliyyətə Zaqatala rayonunda başlamış, Gəkinin Oudula kəndində müəllimlik etmiş, фә: фәһәг Dartiya Konitəsində çalışmış (1969-1975), Şəki Şəhər Maarif Şöbəsinin müdiri olmuş (1975-1979), Erkən yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərmiş, lirik və satirik şeirləri, nəsr əsərləri və publisist. yazıları ilə oxucuların yaddaşında qalmışdır. фә, hekayə və məqalələri “Ədəbiyyat və İncəsənət”, “Azərbaycan nüəllimi”, “фә fəhləsi”, “İpəkçi”, “ğəkinin səsi” və s. mərkəzi və yerli dövrü mətbuat səhifələrində dərc edilmiş, “Gözümün işığı, dilinin sözü” adlı kitabı çap olunmuşdur (2016). Tofiq Qaffarov 1991-ci il iyul ayının 22-də Şəki şəhərində vəfat etmişdir