Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Tofiq Qaffarov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tofiq Qaffarov
Qaffarov Tofiq Mustafa oğlu
Tofiq Qaffarov
Tofiq Qaffarov, 3 iyul 1969-cu il (foto: M.Salis)
Doğum tarixi 4 oktyabr 1935(1935-10-04)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 22 iyul 1991 (55 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Xoçik qəbiristanlığı, Şəki
Həyat yoldaşı Xuraman Abbasəli qızı Qaffarova
Uşaqları Elçin, Aybəniz və İlhamə
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (–1960)

Tofiq Qaffarov (1935–1991) — tanınmış pedaqoq, Şəki şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini. Daha əvvəl Şəki Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ədəbi-bədii yaradıcılıqla da məşğul idi.

Haqqında məlumatlar

4 oktyabr 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1954-cü ildə orta məktəbi,

1960-cı ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1960 – 1969-cu illərdə, Əvvəl Zaqatala rayonunda, Sonra isə Nuxa/Şəki rayonunda orta məktəb müəllimi,

1969 – 1975-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsində ideoloji işçi,

1975 – 1979-cu illərdə Şəki Şəhər Maarif Şöbəsinin müdiri,

1979 – 1991-ci illərdə isə Şəki şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ədəbi-bədii yaradıcılığı

Erkən yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərib, lirik və satirik şeirlər, nəsr əsərləri və publisist yazılar yazıb. Sağlığında hekayə və məqalələri “Ədəbiyyat və incəsənət”, “Azərbaycan nüəllimi”, “Şəki fəhləsi”“İpəkçi” qəzetlərində dərc edilib.

2016-cı ildə – vəfatından 25 il keçəndən sonra isə “Gözümün işığı, dilimin sözü” adlı kitabı çap olunub.

Vəfatı

22 iyul 1991-ci il tarixdə – 55 yaşında, Şəkidə vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Adışirinov K. XX əsr Şəki ədəbi-mədəni mühüti (1900–2000-ci illər) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı, 2015. — I  kitab. — Səhifələrin sayı:  489. — Səh.: 227 – 250. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 sentyabr 2022.
  2. Mustafayeva A. “Gözümün işığı, dilimin sözü” // Şəki bələdiyyəsi qəzetinin saytı. — 2016. — В. 6 oktyabr. — № 10 (144). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2020.
  3. Sadıxlı Y. “Gözümün işığı, dilimin sözü” // Şəki bələdiyyəsi : qəzet. — 2016. — В. oktyabr. — Səh. 5.
  4. Orsər R. Tofiq Qaffarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 349-351. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.