Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Tomris İsmayılova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tomris İsmayılova
İsmayılova (Həsənova) Tomris Azər qızı
Tomris İsmayılova
Tomris İsmayılova.
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1990 (1990-11-25) (33 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Azər Həsənsoy
Anası Reyhan Həsənova
Həyat yoldaşı Fariz İsmayılov
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Sumqayıt Dövlət Universiteti, biologiya fakültəsi (2009)

 • Bakı Dövlət Universiteti, biologiya fakültəsi (2009–2013)

 • Azərbaycan Pedaqoji Universiteti, magistratura (2013–2015)
İdman növü uşu
linkedin səhifəsi

Tomris İsmayılova — Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun böyük mütəxəssisi. Sabiq idmançıdır və Azərbaycan Respublikasının idman ustasıdır; 2010-cu ildə uşu (döyüş sənəti) idmanının tayçı-çuan növü üzrə, 2012-ci ildə isə tayçı-fan növü üzrə dünya çempionu olmuşdur.

Haqqında məlumatlar

25 noyabr 1990-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

2008-ci ildə Bakı şəhər 60 saylı tam orta məktəbini bitirib.

2009-cu ildə Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, lakin elə həmin il Bakı Dövlət Universitetinin biologiya fakültəsinə köçürülüb.

2009 – 2013-cü illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində,

2013 – 2015-ci illərdə isə Azərbaycan Pedaqoji Universitetinin magistraturasında bioloq ixtisası üzrə təhsil alıb.

İdman fəaliyyəti

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Tomris Həsənovanı mükafatlandırarkən, 2012-ci il.

13 yaşından idmanla məşğul olub.

2009-cu ildə uşu üzrə Honkonq dünya festivalında tayçı-çuan növü üzrə qızıl medal,

2010-cu ildə isə tayçı-fan növü üzrə gümüş medal qazanıb.

2010-cu ildə ənənəvi uşu üzrə dünya çempionatında tayçı-çuan növü üzrə qızıl medal,

2012-ci ildə isə tayçı-fan növü üzrə qızıl medal alıb.

2015-ci ildən idman karyerasını başa vurub.

Əmək fəaliyyəti

2014 – 2016-cı illərdə Medservis Tibb Mərkəzində həkim-laborant vəzifəsində çalışıb.

2018-ci ildən Qida Təhlükəsizliyi İnstitutunda işləyir; o cümlədən, əvvəl aparıcı mütəxəssis, sonra sektor müdiri, daha sonra şöbə müdiri və nəhayət, baş mütəxəssis vəzifəsini tutub.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin mükafatı – ikiotaqlı mənzil (2012-ci il).

Ədəbiyyat

  1. Məmmədov Ş. Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu : [arx. 29 Mar 2017 - 29 Jul 2018] : [azərb.] // Azərbaycan müəllimi. — 2010. — 2 aprel. — Müraciət tarixi: 22.11.2021.
  2. İlqarqızı A. İkiqat dünya çempionu: Bu idman növü xanımları gözəlləşdirir : [arx. 8 Apr 2019 - 4 Mar 2021]. — 2018. — 17 oktyabr. — Müraciət tarixi: 22.11.2021.