Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Tomris İsmayılova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 18:44, 23 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tomris Həsənova
Həsənova (İsmayılova) Tomris Azər qızı
Tomris Həsənova
Tomris Həsənova.
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1990 (1990-11-25) (33 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Azər Həsənsoy
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Sumqayıt Dövlət Universiteti, kimya fakültəsi (2009–)
İdman növü uşu

Tomris Həsənova — tayçı-çuan və tayçı-fan idman növləri üzrə dünya çempionatlarının qalibi.

Haqqında məlumatlar

25 noyabr 1990-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

2008-ci ildə Bakı şəhər 60 saylı tam orta məktəbini bitirib.

2009-cu ildə Sumqayıt Dövlət Universitetinin kimya fakültəsinə daxil olub.

İdman fəaliyyəti

13 yaşdan idmanla məşğul olub.

2010-cu ilin martında Honkonqda keçirilən uşu çempionatında uşunun tayçı çuan növü üzrə dünya çempionu olub. Daha sonrakı uşu üzrə dünya çempionatında isə tayçı-fan növü üzrə qızıl medal qazanıb. Həmçinin, 2 dəfə beynəlxalq festivalın qalibi və mükafatçısı olub.

2015-ci ildən idman karyerasını başa vurub.

Əmək fəaliyyəti

2013-cü ildən Medservis Tibb Mərkəzində əmək fəaliyyətinə başlayıb.

2017-ci ildən Qida Təhlükəsizliyi İnstitutunda əvvəl mütəxəssis, sonra sektor müdiri, daha sonra şöbə müdiri vəzifəsində işləyib.

Ədəbiyyat

  1. Məmmədov Ş. Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu : [arx. 29 Mar 2017 - 29 Jul 2018] : [azərb.] // Azərbaycan müəllimi. — 2010. — 2 aprel. — Müraciət tarixi: 22.11.2021.
  2. İlqarqızı A. İkiqat dünya çempionu: Bu idman növü xanımları gözəlləşdirir : [arx. 8 Apr 2019 - 4 Mar 2021]. — 2018. — 17 oktyabr. — Müraciət tarixi: 22.11.2021.