Vüqar İskəndərov
Vüqar İskəndərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Vüqar İskəndərov | |
---|---|
İskəndərov Vüqar Yapon oğlu | |
Vüqar İskəndərov. | |
Anadan olub | 30 dekabr 1972 |
Anadan olduğu yer | Şəki, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Laqodexi Elmi Tədris İnstitutu, hüquq fakültəsi (Gürcüstan Respublikası, 1996–2001) • Azərbaycan Dövlət Aqrar Universiteti, iqtisadiyyat fakültəsi (2012–2014) |
Mükafatları | |
facebook səhifəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
30 dekabr 1972-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1979 – 1989-cu illərdə Şəki şəhər 17 №-li orta məktəbində,
1996 – 2001-ci illərdə Laqodexi Elmi Tədris İnstitutunun (Gürcüstan Respublikası) hüquq fakültəsində,
2012 – 2014-cü illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1991-1992-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1993 – 1995-ci illərdə “Məsul” İdman Cəmiyyətinin Şəki şöbəsində karate-do üzrə məşqçi-müəllim,
1995 – 1998-ci illərdə “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə mühəndis,
1998 – 1999-cu illərdə Şəki 62 nömrəli Təmir-tikinti idarəsində iqtisadçı,
1999 – 2000-ci illərdə Şəki rayon Kooperativlər İttifaqında hüquqşünas,
2001 – 2005-ci illərdə 26 Şəki Mərkəzi Rayon Xəstəxanasının BUX-da hüquq məsləhətçisi vəzifəsində işləyib.
2005-ci ilin 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi olub.
2020-ci ildə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən,
2020-ci ildə isə 114 saylı Şəki Şəhər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə
Müxtəlif illərdə Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini və Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü olub.
2010 – 2015-ci illərdə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olub.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- Gənclər və İdman Nazirliyinin və Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları;
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (2019);
- “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı, (2019);
- “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı (2024).
İdman fəaliyyəti Vizual/Mobil redaktə
1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olub.
2001-ci ildə isə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə,
1995-ci ildə isə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilib.
1995-ci ildən Azərbaycan karate-do üzrə yığma komandasının üzvü olub.
2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır. Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq respublika turnir və çempionatlarının qalibləri və mükafatçıları olmuşlar.
İdman uğurları Vizual/Mobil redaktə
- 1991-ci il, Taekvando döyüş növü üzrə respublika turniri, II-yer;
- 1994-cü i, Taekvando döyüş növü üzrə respublika turniri, I-yer;
- 1996-cı il, Taekvando döyüş növü üzrə respublika turniri, III-yer;
- 2003-cü il, Şotokan karate-do üzrə Avropa çempionatı, I-yer;
- “Azərbaycan Respublikasının əməkdar məşqçisi” adı.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir. 2 övladı var.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |