Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Vahid Mehdiyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:10, 8 fevral 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vahid Mehdiyev
Mehdiyev Vahid Zülfüqar oğlu
Vahid Mehdiyev
Vahid Mehdiyev.
Doğum tarixi 29 yanvar 1929(1929-01-29)
Doğum yeri Qoxmuq, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 may 1999 (69 yaşında)
Vəfat yeri Qoxmuq, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Qoxmuq kənd qəbiristanlığı
Həyat yoldaşı Mehdiyeva Şahnigar İbrahim qızı (1932-2019)
Uşaqları Aişə, Tofiq, Aminə, Hüsniyyə, Tələt
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa Kənd Təsərrüfatı Texnikumu (–1952)

 • Bakı Ali Partiya məktəbi, partiya, sovet, təşkilat işçisi ixtisası (1967–1973)
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"Şərəf Nişanı" ordeni

Vahid Mehdiyev (1929–1999) — sovet dövrünün son onilliklərində Şəkidə tanınmış partiya işçisi olmuş şəxs. Uzun müddət Azərbaycan KP Şəki şəhər komitəsində ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

29 yanvar 1929-cu il tarixdə Şəki qəzasının Qoxmuq kəndində anadan olub.

Təhsili

1952-ci ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1952 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad, indiki Gəncə) yarımçıq təhsil alıb.

1973-cü ildə Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyəti

1952 – 1958-ci illərdə aqronom,

1959 – 1963-cü illərdə Qoxmuq, Oxud, Kiş, Baltalı kəndlərində kolxoz sədri,

1965 – 1966-cı illərdə “1 May” kolxozunda partiya komitəsinin katibi,

1966 – 1971-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsində təlimatçı,

1971 – 1989-cu illərdə Azərbaycan KP Şəki şəhər komitəsində ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

1989-cu ildə təqaüdə çıxıb.

Təltif və mükafatları

Vəfatı

20 may 1999-cu il tarixdə Şəki rayonunun Qoxmuq kəndində vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mehdiyev Vahid // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 257-258. — 600 nüsx. — ISBN 5-8066-1708-4.