Vahid Mehdiyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Vahid Mehdiyev
Mehdiyev Vahid Zülfüqar oğlu
Vahid Mehdiyev
Vahid Mehdiyev.
Doğum tarixi 29 yanvar 1929(1929-01-29)
Doğum yeri Qoxmuq, Şəki qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 may 1999 (69 yaşında)
Vəfat yeri Qoxmuq, Şəki rayonu, Azərbaycan
Dəfn yeri Qoxmuq kənd qəbiristanlığı
Həyat yoldaşı Mehdiyeva Şahnigar İbrahim qızı (1932-2019)
Uşaqları Aişə, Tofiq, Aminə, Hüsniyyə, Tələt
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumu (–1952)

 • Bakı Ali Partiya məktəbi, partiya, sovet, təşkilat işçisi ixtisası (1967–1973)
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"Şərəf Nişanı" ordeni

Vahid Mehdiyev (1929–1999) — sovet dövrünün son onilliklərində Şəkidə tanınmış partiya işçisi olmuş şəxs. Uzun müddət Azərbaycan KP Şəki şəhər komitəsində ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

29 yanvar 1929-cu il tarixdə Şəki qəzasının Qoxmuq kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1952-ci ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1952 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad, indiki Gəncə) yarımçıq təhsil alıb.

1973-cü ildə Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1952 – 1958-ci illərdə aqronom,

1959 – 1963-cü illərdə Qoxmuq, Oxud, Kiş, Baltalı kəndlərində kolxoz sədri,

1965 – 1966-cı illərdə “1 May” kolxozunda partiya komitəsinin katibi,

1966 – 1971-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsində təlimatçı,

1971 – 1989-cu illərdə Azərbaycan KP Şəki şəhər komitəsində ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

1989-cu ildə təqaüdə çıxıb.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

20 may 1999-cu il tarixdə Şəki rayonunun Qoxmuq kəndində vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Mehdiyev Vahid // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 257-258. — 600 nüsx. — ISBN 5-8066-1708-4.