Vahid Qəniyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 01:11, 15 sentyabr 2020 tarixli redaktə
Vahid Qəniyev
Qəniyev Vahid Hüseyn oğlu
Vahid Qəniyev
Vahid Qəniyev, 2019-cu il
Doğum tarixi 26 aprel 1929 (1929-04-26) (94 yaş)
Doğum yeri Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948 – 1953)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Vahid Qəniyev – Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədri. 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, 1975 – 1991-ci illərdə isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Haqqında məlumatlar

26 aprel 1929-cu il tarixdə Nuxa şəhərində anadan olub.

Təhsili

1947-ci ildə Nuxa M.Qorki adına 10 №-li orta məktəbi bitirib.

1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonrakı illərdə həmin idarənin baş mühəndisi olub.

1965-ci ilin əvvəllərində bir müddət Qax Suvarma Sistemləri İdarəsinin rəisi,

1965-ci ilin ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyib.

1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1975-ci ilin aprel ayından isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1991-ci ilədək həmin vəzifədə çalışıb.

1992-ci ildə Şəki-İsmayıllı zonası İstismar İstehsalat birliyinin rəisi vəzifəsinə təyin edilib.

2005-ci ilin dekabr ayında Əyriçay SAİİ-nin rəisi vəsifəsində əmək fəaliyyətini tamamlayıb.

İctimai və siyasi fəaliyyəti

1958-ci ildən Sov.İKP üzvü idi.

Azərbaycan KP XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi olub.

1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1990-cı ildə 330 nömrəli Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüşdür.

Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.

Təltif və mükafatları

Həmçinin, bax:

İstinadlar

  1. "Şəkidə Ağsaqqallar Şurasının rayon təşkilatının sədrinin yubileyi qeyd olunub". http://sheki-ih.gov.az (azərb.). www.sheki-ih.gov.az. 2019-04-27. 22 Dec 2019 – 20 Feb 2020 tarixində arxivləşdirilib.

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə