Vaqif Şıxəliyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:23, 21 may 2022 tarixli redaktə
Vaqif Şıxəliyev
Şıxəliyev Vaqif Məmməd oğlu
Vaqif Şıxəliyev
Vaqif Şıxəliyev, 2017-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 6 sentyabr 1978 (1978-09-06) (45 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Peşəsi xanəndə

Ləqəbi Azəristar Vaqif
Səs tembri lirik-bariton
Fəaliyyət illəri 1993-cü ildən
Albom şirkəti MusicYes Azərbaycan
Təhsili

 • Bülbül adına orta ixtisas musiqi məktəbi (1994−1997)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1997−2001)
facebook səhifəsi

Vaqif Şıxəliyev — tanınmış estrada müğənnisi, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri.

Haqqında məlumatlar

6 sentyabr 1978-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1989 − 1994-cü illərdə Şəki şəhər 2 saylı musiqi məktəbində,

1994 − 1997-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində,

1997 − 2001-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Əmək fəaliyyəti

1999 – 2005-ci illərdə Bakı şəhər Mirzağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri,

2005 – 2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist-artist,

2014 – 2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifəsində çalışıb.

2014-cü ildən Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəridir.

Sənət uğurları

“Bakı payızı – 2003” gənc estrada ifaçıları müsabiqəsinin,

“Azəri star – 2005” mahnı müsabiqəsinin (“Azeri Star production”un və Space TV-nin birgə layihəsi) laureatı olub.

Videolar

Ədəbiyyat

  1. Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 526. — 500 nüsx.