Vaqif Şıxəliyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Vaqif Şıxəliyev
Şıxəliyev Vaqif Məmməd oğlu
Vaqif Şıxəliyev
Vaqif Şıxəliyev, 2017-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 6 sentyabr 1978 (1978-09-06) (45 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Peşəsi xanəndə
Uşaqları Elcan və Ayan
Atası Şıxəliyev Məmməd Fərrux oğlu (1956–2012)
Anası Abdullayeva Zinyət Ziyəddin qızı (1953)

Ləqəbi Azəristar Vaqif
Səs tembri lirik-bariton
Fəaliyyət illəri 1993-cü ildən
Albom şirkəti MusicYes Azərbaycan
Təhsili

 • Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbi, xanəndəlik sinfi (1994−1997)

 • Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası, xanəndəlik fakültəsi (1997−2001)
facebook səhifəsi

Vaqif Şıxəliyev — tanınmış estrada müğənnisi, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

6 sentyabr 1978-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1985 – 1994-cü illərdə Şəki şəhər 5 №-li orta məktəbində,

1989 − 1994-cü illərdə Şəki şəhər 2 №-li uşaq musiqi məktəbinin xanəndəlik sinfində,

1994 − 1997-ci illərdə Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndəlik sinfində,

1997 − 2001-ci illərdə isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının xanəndəlik fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1999 – 2005-ci illərdə Bakı şəhər Mirzağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri,

2005 – 2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist-artist,

2014 – 2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifəsində çalışıb.

2014-cü ildən Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəridir.

Sənət uğurları[Vizual redaktə | HTML redaktə]

“Bakı payızı – 2003” gənc estrada ifaçıları müsabiqəsinin,

“Azəri star – 2005” mahnı müsabiqəsinin (“Azeri Star production”un və Space TV-nin birgə layihəsi) laureatı olub.

Videolar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 526. — 500 nüsx.
  2. Baxışzadə Ə. Müğənni Vaqif Şıxəliyev öz bioqrafiyası haqqında danışdı : [arx. 19 Jan 2022 - 15 Jun 2022] // Azertimes. — 2016. — 11 oktyabr. — Müraciət tarixi: 15.06.2022.