Vaqif Aslan

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Vaqif Aslan
Aslanov Vaqif Cumay oğlu
Vaqif Aslan
Vaqif Aslan, 2011-ci il.
Təxəllüsü Vaqif Aslan
Doğum tarixi 5 iyul 1950 (1950-07-05) (73 yaş)
Doğum yeri Kiş, Nuxa rayonu (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili SSRİ-in 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutu (1968–1973)
Əsərlərinin dili azərbaycanca
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı — 2019
facebook səhifəsi

Vaqif Aslan — şair-yazıçı-dramaturq, pedaqoq, fransızca bədii ədəbiyyatın azərbaycan dilinə tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, AMEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi. Dəfələrlə aparıcı televiziya kanallarının proqramlarında çıxış etmişdir.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

5 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndidə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1968 – 1973-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu) fransız və azərbaycan dilləri fakültəsində təhsil alıb.

Əsas iş yerləri[Vizual redaktə | HTML redaktə]

1967 – 1968-ci illərdə Kiş kənd 1 №-li səkkizillik məktəbində bir il pioner baş dəstə rəhbəri,

1973 – 1994-cü illərdə Kiş kənd orta məktəbində müəllim,

1994 – 1997-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində folklor və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində işləyib.

İkinci iş yerləri[Vizual redaktə | HTML redaktə]

1997 – 2000-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında,

2000 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında baş müəllim vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının ləğv edilməsindən sonra həmin ali təhsil müəssisəsinin bazasında yaradılmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.

Yaradıcılığı[Vizual redaktə | HTML redaktə]

Fransız yazıçıları Pol Verlen, Öjen Dabi, Erve Bazenin əsərlərini, XVII əsr səyyahı, memuarçı Jan Batist Şardənin “Səyahətnamə”sini (1711-ci il Amsterdam nəşri), fransız tarixçi-etnoqrafı Jermen Giyomun əsərlərini fransız dilindən azərbaycan dilinə tərcümə edib.

Ondan çox poetik toplunun, tərcümə əsərinin, 100-ə yaxın məqalənin müəllifidir.

Kitabları
  • “Aydın” (Bakı, “Elm” nəşriyyatı, 1993).
  • “Səyahətnamə” (Bakı, “Elm” nəşriyyatı, 1994. XVII əsr fransız səyyahı J.B.Şardenin 1711-ci il Amsterdam nəşrindən birbaşa tərcümə).
  • “Ruhlarla söhbət” (Bakı, “Ozan” nəşriyyatı, 1997).
  • “Oğuz elinə salam” (Bakı, “Mütərcim” nəşriyyatı, 2000).
  • “Qanımdan rəng alan gül” (Bakı, “Ağrıdağ” nəşriyyatı, 2003).
  • “Kiş kəndi və onun məbədi”, G.Məmmədova ilə birlikdə, Azərbaycan və ingilis dillərində (Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003).
  • “Seçilmiş əsərləri” 4 cilddə, I cild (Bakı, “Uni Print” nəşriyyatı, 2009).
  • “Seçilmiş əsərləri” 4 cilddə, II cild (Bakı, “Təhsil” NPM, 2009).
  • “Seçilmiş əsərləri” 4 cilddə, III və IV cildlər (Bakı, “Təhsil” NPM, 2010).
  • “Bizim Dünya adlı bir evimiz var” əski əlifba ilə (Təbriz, 2014).
  • “Hüseyn Xan Müştaq” (Bakı, “Orxan” NPM, 2015).

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Orsər R. Vaqif Aslan // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 526-530. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]