Vaqif Cabbarzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:V{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoqlarKateqoriya:Şəkid...' ilə yarat) tərəfindən edilmiş 02:34, 16 oktyabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Vaqif Cabbarzadə
Cabbarzadə Vaqif Mustafa oğlu
Vaqif Cabbarzadə
Vaqif Cabbarzadə, 2020-ci il
Doğum tarixi 14 oktyabr 1945 (1945-10-14) (78 yaş)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Elm sahəsi riyaziyyat
İş yeri Bakı Dövlət Universiteti
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi ( – 1968)

Vaqif Cabbarzadə – riyaziyyatçı alim-pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasının dosenti.

Haqqında məlumatlar

19 oktyabr 1945-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1962-ci ildə Nuxa şəhər 3 saylı məktəbi qızıl medalla bitirib.

1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

Əmək fəaliyyəti

1968 – 1970-ci illərdə orta məktəbdə,

1970-ci ildən isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasında əvvəl müəllim işləmiş, sonra isə həmin kafedranın dosenti olmuşdur.

Elmi fəaliyyəti

1988-ci ildə Moldaviya SSR-in Kişinyov şəhərində namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ildə Rusiya Federasiyasının Elm, ali məktəb və texniki siyasət hazırlığının ali məktəb komitəsi tərəfindən dosent elmi adı verilib.

30-dan artıq elmi məqalə və kitabın müəllifidir. Respublika və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib.

Digər

1961-ci ildə – orta məktəbdə oxuyarkən, Respublika riyaziyyat olimpiyadasının qalibi olub.

Ədəbiyyat