Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Vaqif Kərimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:44, 3 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vaqif Kərimov
Kərimov Vaqif Əhməd oğlu
Vaqif Kərimov
Vaqif Kərimov, 2012-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1940 (1940-12-08) (83 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Atası Əhməd Kərimov

Ləqəbi Şəkidə mədəniyyətin canlı ensiklopediyası
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutu, mədəni-maarif fakültəsi (1960–1965)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı

Vaqif KərimovAzərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. Uzun müddət Mirzə Fətəli Axundov adına Şəki şəhər Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmışdır, Azərbaycanın mədəniyyət tarixinə dair onlarla məqalənin müəllifidir, fitri hafizəsinə görə “Şəkidə mədəniyyətin canlı ensiklopediyası” kimi tanınır.

Haqqında məlumatlar

8 dekabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1960 – 1965-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1958 – 1960-cı illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatında işləyib.

1965-ci ildə Nuxa şəhər Mədəniyyət şöbəsi nəzdində fəaliyyət göstərən Xalq teatrının rejissoru,

1966 – 1970-ci illərdə Məhəmməd Füzuli adına Nuxa/Şəki şəhər Mədəniyyət və istirahət parkının direktoru,

1971 – 1975-ci illərdə Şəki rayon Mədəniyyət evinin bədii rəhbəri,

1975 – 1978-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluş hissə müdiri,

1978 – 2012-сü illərdə Mirzə Fətəli Axundov adına Şəki şəhər Mədəniyyət Evinin,

2012 – 2013-cü illərdə Mirzə Fətəli Axundov adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb; 2013-cü il fevralın 1-də yaşı ilə əlaqədar təqaüdə çıxıb.

Təltif və mükafatları

  • SSRİ Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyətinin diplom, fəxri fərman və pul mükafatları;
  • “Əməkdar mədəniyyət işçisi” fəxri adı (2014).

Digər

Uşaq yaşlarında incəsənətə böyük həvəs göstərib. Əvvəlcə rayon pionerlər evində İbad Salmanovun rəhbərlik etdiyi tar dərnəyində tarın, təhsil aldığı məktəbin dram dərnəyində isə teatr və aktyorluq sənətinin sirlərini öyrənib. Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rəhbərlik etdiyi Nuxa rayon Mədəniyyət evinin dram dərnəyində həvəskar aktyor kimi çalışıb.

1958 – 1960-ci illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatının klubunda görkəmli xanəndə və aktyor Yunis Qarabağlının rəhbərlik etdiyi “İpəkçi” xalq çalğı alətləri ansamblında tar ifaçısı, həmçinin həvəskar aktyor kimi çıxış edib.

Müxtəlif illərdə bir neçə bədii filmdə (“Arxadan vurulan zərbə” (Azərbaycanfilm), “Təyyarə yerə enmədi” (Özbəkfilm), “Amfibiya adam” (Lenfilm)) epizodik rollarda çəkilib.

Azərbaycan Televiziyası ASC-nin “Telefilm” Yaradıcılıq Birliyi tərəfindən 2004-cü ildə Vaqif Kərimova həsr olunmuş “Yaxşı adam” adlı sənədli film çəkilib.

Şəki Veteranlar Şurasının məsul katibidir.

Şəki Ensiklopediyasının redaksiya heyətinin üzvüdür.

Ədəbiyyat

  1. Firudin Zamanov (22 dekabr 2010). "Mədəniyyət fədaisi". http://www.anl.az/ (azərb.). “Mədəniyyət” qəzeti. 6 Dec 202 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 30 may 2014. 3 Jun 2014 - 9 Nov 2017 tarixində arxivləşdirilib.
  3. Təhmirazqızı S. Kərimov Vaqif // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  144. — Səh.: 138. — 500 nüsx.
  4. Rəhimli İ. Vaqif Kərimov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 85-86. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.

Həmçinin, bax: