Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Vaqif Kərimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:07, 7 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vaqif Kərimov
Kərimov Vaqif Əhməd oğlu
Vaqif Kərimov
Vaqif Kərimov, 2012-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1940 (1940-12-08) (83 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Atası Əhməd Kərimov

Ləqəbi Şəkidə mədəniyyətin canlı ensiklopediyası
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutu, mədəni-maarif fakültəsi (1960 – 1965)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı

Vaqif Kərimov (Kərimov Vaqif Əhməd oğlu; d. 8 dekabr, 1940-cı il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Şəki Veteranlar Şurasının məsul katibi; Azərbaycanın mədəniyyət tarixinə dair onlarla məqalənin müəllifidir, fitri hafizəsinə görə “Şəkidə mədəniyyətin canlı ensiklopediyası” kimi tanınır.

Haqqında məlumatlar

8 dekabr 1940-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində oxuyub.

1960 – 1965-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1958 – 1960-cı illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatında işləyib.

1965-ci ildə Nuxa şəhər Mədəniyyət şöbəsi nəzdində fəaliyyət göstərən Xalq teatrının rejissoru,

1966 – 1970-ci illərdə Məhəmməd Füzuli adına Nuxa/Şəki şəhər Mədəniyyət və istirahət parkının direktoru,

1971 – 1975-ci illərdə Şəki rayon Mədəniyyət evinin bədii rəhbəri,

1975 – 1978-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluş hissə müdiri,

1978 – 2013-сü illərdə Mirzə Fətəli Axundov adına Şəki şəhər Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb; 2013-cü il fevralın 1-də yaşı ilə əlaqədar təqaüdə çıxıb.

Mükafatları

“Əməkdar mədəniyyət işçisi” fəxri adı (2014).

İstifadə edilmiş mənbələr

  • Firudin Zamanov (22 dekabr 2010). "Mədəniyyət fədaisi". http://www.anl.az/ (azərb.). “Mədəniyyət” qəzeti. 6 Dec 202 tarixində arxivləşdirilib.
  • "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 30 may 2014. 3 Jun 2014 - 9 Nov 2017 tarixində arxivləşdirilib.