Vaqif Mustafazadə
Vaqif Mustafazadə (1940–1979) — görkəmli bəstəkar və pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti və Azərbaycan SSR Dövlət mükafatı laureatı.
Vaqif Mustafazadə | |
---|---|
Mustafazadə Vaqif Əziz oğlu | |
Vaqif Mustafazadə. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 mart 1940 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 16 dekabr 1979 (39 yaşında) |
Vəfat yeri | Daşkənd, Özbəkistan SSR], SSRİ |
Dəfn yeri | Yasamal qəbiristanlığı, Bakı, Azərbaycan, SSRİ |
Peşələri | bəstəkar, pianoçu |
Həyat yoldaşları | Nərminə və Elza Mustafazadə (Bandzeladze) |
Uşaqları | Lalə Mustafazadə, Əzizə_Mustafazadə |
|
|
Üslub | caz-muğam |
Musiqi aləti |
|
Fəaliyyət illəri | 1958 – 1979 |
Təhsili | Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu ( – 1963) |
Mükafatları | |
http://vagif.musigi-dunya.az/ | |
Commonsda da Vaqif Mustafazadə ilə əlaqəli mediafayllar var |
Haqında məlumatlarRedaktə
16 mart 1940-cı il tarixdə Bakıda anadan olub.
TəhsiliRedaktə
1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu bitirib.
Əmək və yaradıcılıq fəaliyyətiRedaktə
1965-cı ildə Gürcüstan Dövlət filarmoniyasında “Qafqaz” caz-triosunu yaradıb.
1970-ci ildə “Leyli” ilk qadın vokal kvartetinə,
1971 – 1977-ci illərdə “Sevil” vokal-instrumental ansamblına,
1977 – 1979-cu illərdə “Muğam” instrumental ansamblına rəhbərlik edib.
Fortepiano ilə orkestr üçün Konsertin, “Muğam” simfoniyasının və sairə əsərlərin müəllifidir.
Təltif və mükafatlarıRedaktə
1966-cı ildə “Tallin-66”,
1978-ci ildə “Tbilisi-78” ümumittifaq caz festivallarının laureatı olub.
1978-ci ildə Bəstəkarlarının VIII beynəlxalq caz müsabiqəsində (Monako) birinci mükafata layiq görülüb.
1979-ci ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adını alıb.
1982-ci ildə – ölümündən sonra, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
VəfatıRedaktə
16 dekabr 1979 il tarixdə Daşkəndə qastrol zamanı ürək tutmasından vəfat edib.
Bakıda dəfn olunub.
AiləsiRedaktə
- Atası: Mustafazadə Əziz Əbdülkərim oğlu 1912-ci ildə Nuxada anadan olmuşdur, hərbi həkim idi, tar və kamança çala bilirdi.
- Anası: Əliyeva Zivər Ağasəf qızı Bakı neftxudasının qızı idi; ilk azərbaycanlı qadın pianoçularından, Ü.Hacıbəyovun tələbələrindən biri olub, Nuxa/Şəki və Bakı musiqi məktəblərində dərs deyib.
- Həyat yoldaşları: — 1.Nərminə; 2.Elza Mustafazadə (Bandzeladze), müğənni, “Sevil” vokal və instrumental ansamblının solisti olub[1].
- Böyük qızı — Lalə Mustafazadə (Nərminədən), opera müğənnisi, bir müddət Paris Milli Ali Musiqi və Rəqs Konservatoriyasında dərs deyib, 2013-ci ildə Paris Qrand-operada işləyirdi[2].
- Kiçik qızı: Əzizə Mustafazadə (Elzadan), pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan Respublikasının xalq artistidir (2018).
XatirəsiRedaktə
2012-ci ildə Vaqif Mustafazadə haqqında “Caz əfsanəsi – Vaqif Mustafazadə” adlı sənədli film çəkilmişdir:
.
.
Ev muzeyiRedaktə
1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk direktoru Vaqif Mustafazadənin anası Zivər Müstafazadə olub. Onun vəfatından – 1997-ci ildən sonra isə qardaşı qızı Afaq Əliyeva muzeyin direktoru olub.
İstinadlarRedaktə
- ↑ "Больше, чем обычная любовь" (русский). “Azərbaycan qadını” jurnalı. 2015, № 21. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
- ↑ Усанова А. (19 марта, 2013). "Музыка, которая никогда не умирает" (русский). 10 Apr 2013 - 4 Jun 2018 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Mustafazadə Vaqif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 421-422. — 1.000 nüsx.
- Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh. 159;
- "Tərcümeyi-hal". vagif.musigi-dunya.az (azərb.). vagif.musigi-dunya.az. 21 Dec 2010 – 9 Sep 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |