Vasili Qriqoryeviç Karbelov (rus.: Василий Григорьевич Карбелов) — pravoslav kilsə xadimi, 1885–1887-ci illərdə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olmuş, eyni vaxtda həm də üçillik Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs demişdir[1][2].

Vasili Karbelov
rus.: Карбелов Василий Григорьевич
Uşaqları

 • Tamara Vasilevna Karbelova,

 • Yelizbar Vasileviç Karbelov,

 • Şalva Vasileviç Karbelov (1892–1938)
Peşəsi keşiş (pravoslav)
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

1889-сu ildə Tiflis Mixaylov xəstəxanasının feldşer məktəbində pravoslavlıq qaydalarından və gürcü dilindən dərs deyirdi[3]. 1916-ci ilə aid sənəddə Gürcüstan yeparxiyası ilahiyyat kilsə muzey komissiyasının daimi üzvü olaraq adı çəkilir[4].

Qardaşı Poliyevkt Qriqoreviç Karbelov 1883-cü ildə Tiflis yeparxial qadın məktəbində kilsə-slavyan nəğməsi və Gürcüstan kilsəsi fənni üzrə müəllim[5], 1905-1907-ci illərdə isə Tiflis Ançisxat kilsəsinin keşişi olub; Gürcüstan kilsəsinin avtokefallığı üçün çalışırdı[6].

Qızı Tamara Vasilevna Karbelova 1916-cı ildə Tiflis müq. Nina qadın təhsil müəssisəsində müəllim idi[7]. Oğlu Yelizbar Vasileviç Karbelov 1915-1916-cı illərdə aqronom olaraq dövlət qulluğunda çalışırdı[8][9]. Digər oğlu Şalva Vasileviç Karbelovu və qadaşı oğlu David Poliyevktoviç Karbelaşvilini Stalin represiyaları zamanı – 1938-ci il ildə, güllələyiblər[10][11].

İstinadlar

Ədəbiyyat

  1. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1885. — С. 87.
  2. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1887. — С. 164.
  3. Управление медицинскою частию на Кавказе. // Кавказский календарь. — Тифлис, 1889. — С. 62.
  4. Учреждения святейшаго правительствуюшаго синода. // Кавказский календарь. — Тифлис, 1916. — С. 747.
  5. Духовного ведомство православного исповедания. // Кавказский календарь. — Тифлис, 1883. — С. 75.
  6. Материалы об убийстве Экзарха Грузии Никона Софийский. — Тбилиси – Рязань, 2016. — С. 305.
  7. Учреждения министерства народного просвещения. // Кавказский календарь. — Тифлис, 1916 (2). — С. 747.
  8. Сельскохозайнственныя общества. // Кавказский календарь. — Тифлис, 1915. — С. 660.
  9. Учреждения министерства внутренних дела. // Кавказский календарь. — Тифлис, 1916 (3). — С. 137.
  10. Карбелов Шалва Васильевич (1892) (rus.). ru.openlist.wiki (2019). Arxivləşdirilib (1 oktyabr 2019).
  11. Карбелашвили Давид Полиевктович (1893) (rus.). ru.openlist.wiki (2019). Arxivləşdirilib (1 oktyabr 2019).