Veysəl Əfəndiyev
Veysəl Əfəndiyev | |
---|---|
Əfəndiyev Veysəl Rəsul oğlu | |
![]() | |
Veysəl Əfəndiyev. |
Veysəl Əfəndiyev (1930–1979) — iqtisad elmləri namizədi, Bakı Ali Partiya Məktəbinin siyasi iqtisad kafedrasının dosenti. Bir müddət Azərbaycan KP Balakən rayon komitəsinin birinci katibi vəzifəsində də çalışmışdır.
Haqqında məlumatlar
1930-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1952-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1953-cü ildə Moskva İqtisad Statistika İnstitutu yanında aspiranturaya daxil olub.
Elmi fəaliyyəti
1959-cu ildə iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
Əmək fəaliyyəti
1952-ci ildən təyinatla Azərbaycan Pambıq Tədarükü Trestinin plan şöbəsinə iqtisadçı vəzifəsində işləməyə göndərilib. Bir müddət sonra Baş Pambıq Tədarükü və Emalı İdarəsinin maliyyə şöbəsinin baş iqtisadçısı vəzifəsinə keçirilib.
1957-ci ildə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsində təlimatçı,
1959-cu ildə isə Azərbaycan KP Balakən rayon komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilib. Sonrakı illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun siyasi iqtisad kafedrasında dosent, Azərbaycan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, Bakı Ali Partiya Məktəbinin siyasi iqtisad kafedrasında dosent vəzifəsində çalışıb.
Təltif və mükafatları
Vəfatı
17 sentyabr 1979-cu il tarixdə – 49 yaşında, vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 83-84. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Veysəl Rəsul oğlu Əfəndiyev // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 323-324. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş
...
- Skript xətası olan səhifələr
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə