Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Veysəl Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Veysəl Əfəndiyev
Əfəndiyev Veysəl Rəsul oğlu
Veysəl Əfəndiyev
Veysəl Əfəndiyev.
Doğum tarixi 1930(1930-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 17 sentyabr 1979 (49 yaşında)
Elm sahəsi iqtisadiyyat
İş yeri Bakı Ali Partiya Məktəbi, siyasi iqtisad kafedrası
Elmi dərəcəsi iqtisad elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (–1952)

 • Moskva İqtisad Statistika İnstitutu yanında aspirantura (1953–)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni

Veysəl Əfəndiyev (1930–1979) — iqtisad elmləri namizədi, Bakı Ali Partiya Məktəbinin siyasi iqtisad kafedrasının dosenti. Bir müddət Azərbaycan KP Balakən rayon komitəsinin birinci katibi vəzifəsində də çalışmışdır.

Haqqında məlumatlar

1930-cu ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1952-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1953-cü ildə Moskva İqtisad Statistika İnstitutu yanında aspiranturaya daxil olub.

Elmi fəaliyyəti

1959-cu ildə iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.

Əmək fəaliyyəti

1952-ci ildən təyinatla Azərbaycan Pambıq Tədarükü Trestinin plan şöbəsinə iqtisadçı vəzifəsində işləməyə göndərilib. Bir müddət sonra Baş Pambıq Tədarükü və Emalı İdarəsinin maliyyə şöbəsinin baş iqtisadçısı vəzifəsinə keçirilib.

1957-ci ildə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsində təlimatçı,

1959-cu ildə isə Azərbaycan KP Balakən rayon komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilib. Sonrakı illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun siyasi iqtisad kafedrasında dosent, Azərbaycan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, Bakı Ali Partiya Məktəbinin siyasi iqtisad kafedrasında dosent vəzifəsində çalışıb.

Təltif və mükafatları

Vəfatı

17 sentyabr 1979-cu il tarixdə – 49 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Veysəl // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 83-84. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Veysəl Rəsul oğlu Əfəndiyev // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 323-324. — 500 nüsx. — ISBN 5-8066-1708-4.