Vidadi Qaffarlı — tanınmış rəssam-pedaqoq, Sumqayıt şəhər 3 nömrəli Uşaq İncənət Məktəbinin rəsm şöbəsinin müəllimi.

Vidadi Qaffarlı
Qafarlı Vidadi Fərman oğlu
Vidadi Qaffarlı
Vidadi Qaffarlı, 1999-cu il.
Doğum tarixi 6 mart 1961 (1961-03-06) (60 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Ə.Əzimzadə adına Rəssamlıq Məktəbi
Uşağı Əli Qaffarlı

Haqqında məlumatlarRedaktə

6 mart 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1971 – 1978-ci illərdə Şəki pionerlər evinin rəsm dərnəyində rəssamlığın sirlərini öyrənib.

1978 – 1981-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1983 – 1988-cü illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında icraçı rəssam,

1989 – 1996-cı illərdə Şəki rəsm qalereyasında əvvəlcə rəssam, sonra isə direktor vəzifəsində çalışıb.

1996 – 2001-ci illərdə Ankarada (Türkiyə) müxtəlif kurslarda rəsmdən dərs deyib.

2002-ci ildən Sumqayıt şəhər 3 nömrəli Uşaq İncəsənət məktəbində rəsm müəllimi işləyir.

Yaradıcılıq fəaliyyətiRedaktə

Bir sıra tabloları Moskvada “Mono Liza” qalereyasında sərgilənib.

1990-ci ildə Şəki Rəsm sərgisində iki rəsmi Azərbaycan Rəssamlar İttifaqı tərəfindən alınıb.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1996 – 2001-ci illərdə Ankarada işləyərkən oradakı “Çağdaş sənət” qalereyasında fərdi sərgisi təşkil olunub.

Yaradıcılığından nümunələrRedaktə