Vilayət Əliyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Vilayət Əliyev
Əliyev Vilayət Hüseyn oğlu
Vilayət Əliyev
Vilayət Əliyev.
Doğum tarixi 23 avqust 1938 (1938-08-23) (85 yaş)
Doğum yeri Daşbulaq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 dekabr 2022 (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, rektorunun müşaviri
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

Nuxa Pedaqoji Texnikumu (–1955)

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (–1962)

Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda aspirant təhsili alıb (1962–1965, Daşkənd)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

Vilayət Əliyev (1938–2022) — filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

23 avqust 1938-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Daşbulaq kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1950-ci ildə Daşbulaq kənd məktəbini,

1955-ci ildə Nuxa Pedaqoji Texnikumunu,

1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

1962 – 1965-ci illərdə Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda (Daşkənd) aspirant təhsili alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1955 – 1958-ci illərdə Salyan rayonunun Noxudlu kənd məktəbində müəllim,

1958 – 1962-ci illərdə Bakı şəhər 99, 69, 182 №-li orta məktəblərdə dil-ədəbiyyat müəllimi,

1962 – 1967-ci illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunda elmi işçi,

1967 – 1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda dosent,

1971-ci ildə Yerevan Pedaqoji İnstitutunun azərbaycan bölməsində dosent,

1972 – 1977-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində dosent,

1977-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru,

1997 – 2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm də elmi işlər üzrə prorektoru,

2016-cı ildən isə rektorun müşaviri olub.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1965-ci ildə Daşkənd şəhərində “Azərbaycan və özbək dillərində feli sifət” adlı mövzusunda namizədlik dissertasiyası,

1990-cı ildə “Azərbaycan dilində felin təsriflənməyən formaları” adlı mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1992-ci ildə professor elmi adını alıb.

Özbəkistanda, Türkiyədə, Türkmənistanda, Rusiyada elmi konfranslarda, Türkiyədə Türk xalqları və Topluluqlarının IX qurultayında iştirak edib.

Türkologiya, Azərbaycan dilçiliyi, toponimika sahəsində 200-dən çox elmi məqalənin müəllifidir, Maqsud Şeyxzadənin iki cildliyinin özbəkcədən tərcümə edib.

8 elmlər namizədinin elmi rəhbəri olub.

AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Müdafiə Şurasının həmsədri idi.

Kitabları[Vizual redaktə | HTML redaktə]

  • Müasir Azərbaycan dili (feil bölməsi), II hissə, Akademik nəşr, Bakı, 1980, s.190-196, 236-387;
  • Azərbaycan dilində feilin təsriflənməyən formaları, Məsdər (dərs vəsaiti), Bakı, APİ, 1986;
  • Azərbaycan dilində feilin perifrastik formaları (dərs vəsaiti), Bakı, ADPU, 1989;
  • Azərbaycan dilində feili sifət (dərs vəsaiti), Bakı, ADPU, 1989;
  • Feili bağlama (dərs vəsaiti), Bakı, ADPU, 1990;
  • Toponimika, I hissə (dərslik), Bakı, ADPU, 1994;
  • Azərbaycanın toponimiyası (dərslik), Bakı, ADPU, 1999;
  • Heydər Əliyevin dil siyasəti, Bakı, 2003;
  • Zəngəzurda qalan izimiz (monoqrafiya), Bakı, 2004.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

11 dekabr 2022-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Vəfat edərkən evli idi, iki övladı və beş nəvəsi vardı.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Vilayət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 133-134. — 1.000 nüsx..
  2. "Əliyev Vilayət Hüseyn oğlu". adpu.edu.az (azərb.). Azərbaycan Dövlət Pedaqoji Universitetini. 22 Aug 2020 tarixində arxivləşdirilib.
  3. Əliyev Vilayət Hüseyn oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 383. — ISBN 978-9952-441-13-0.