Xəyal Əsgərzadə

Aydinsalis (müzakirə | redaktələr) (→‎Video-çarxlar) tərəfindən edilmiş 17:57, 22 dekabr 2021 tarixli redaktə

Xəyal Əsgərzadə (1995–2020) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi.

Xəyal Əsgərzadə
Əsgərzadə Xəyal İsrafil oğlu
Xəyal Əsgərzadə
Xəyal Əsgərzadə.
Doğum tarixi 25 dekabr 1995(1995-12-25)
Doğum yeri Qayabaşı, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi 19 oktyabr 2020 (24 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Sarıca kənd qəbiristanlığı
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası İsrafil Babayev
Anası Rüxsarə Babayeva
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 2013–2014; 2019–2020
Rütbə kiçik çavuş
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Laçının azad olunmasına görə" medalı — 2020"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Haqqında məlumatlar

25 dekabr 1995-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.

Təhsili

2001 – 2012-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb.

Hərbçi fəaliyyəti

2013 – 2014-cü illərdə həqiqi hərbi xidmətdə olub.

2019-cu ildə "N" saylı hərbi hissədə MAXE kimi işləyib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.

Şəhid olması

9 oktyabr 2020-ci il tarixdə – Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 19 oktyabr 2020-ci il tarixdə Sarıca kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

İctimai fəaliyyəti

2016 – 2018-ci illərdə Sarıca Polis Bölməsində polisə ictimai dəstək üzrə çalışıb.

Ailəsi

Ailənin tək övladı olub və subay idi.

İstinadlar

Ədəbiyyat

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : XƏYAL İsrafil oğlu Əsgərzadə : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : “Suqovuşanın azad olunmasına görə” medalı ilə : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 21.12.2021.

Video-çarxlar