Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Xəyal Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Təltif və mükafatları) tərəfindən edilmiş 21:43, 11 sentyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Xəyal Məmmədov
Məmmədov Xəyal Ağabəy oğlu
Xəyal Məmmədov
Xəyal Məmmədov.
Doğum tarixi 18 noyabr 1986(1986-11-18)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 oktyabr 2020 (33 yaşında)
Vəfat yeri Qubadlı ryonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşaqları Aylin və Selin
Atası Ağabəy
Anası İlfat
Həyat yoldaşı Röyalə
Təhsili

 • Cəmşid Naxçıvanski adına hərbi məktəb (2001–2004)

 • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2004–2008)
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2004 — 2020
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının mayoru.png mayor
Təltifləri III dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" III dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı

Xəyal Məmmədov (1986–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru

Haqqında məlumatlar

18 noyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

1993 – 2001-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbində,

2001 – 2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə,

2004 – 2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2008 – 2009-cu illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabitlik kursu keçib.

Əmək və hərbçi fəaliyyəti

Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra xidmətini Füzuli rayonunda davam etdirib. Xidməti dövründə ona həvalə olunmuş müxtəlif vəzifələri uğurla yerinə yetirərək mayor rütbəsinədək yüksəlib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində tabor komandiri olaraq iştirak edib. Qubadlı rayonuna daxil olan Azərbaycanın ilk hərbçilərindən biri olub.

Şəhid olması

20 oktyabr 2020-ci il tarixdə – 33 yaşında, qəhrəmancasına həlak olub. Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Xidmətdə olduğu müddətdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları, “Qüsur-suz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

Ailəsi

Ailədə 3 qardaş olublar.

Ailəli idi. Şəhid olarkən 4 və 5 yaşlarında iki qızı vardı.

Digər

Məktəb yaşlarında Şəki şəhər Uşaq Gənclər İdman Məktəbinin futbol komandasının heyətində müxtəlif turnirlərdə oynayıb.

İstinadlar

Ədəbiyyat

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : XƏYAL Ağabəy oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar