Xəyal Məmmədov

Aydinsalis (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 20:32, 22 dekabr 2022 tarixli redaktə

Xəyal Məmmədov (1986–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Xəyal Məmmədov
Məmmədov Xəyal Ağabəy oğlu
Xəyal Məmmədov
Xəyal Məmmədov.
Doğum tarixi 18 noyabr 1986(1986-11-18)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 oktyabr 2020 (33 yaşında)
Vəfat yeri Qubadlı rayonu, Azərbaycan
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki, Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq SSRİ Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Uşaqları Aylin və Selin
Atası Ağabəy
Anası İlfat
Həyat yoldaşı Röyalə
Təhsili

 • Cəmşid Naxçıvanski adına hərbi məktəb (2001–2004)

 • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2004–2008)
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 2001 — 2020
Rütbə mayor
Təltifləri III dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020"Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021"Qubadlının azad olunmasına görə" medalı — 2020"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı"Qüsursuz xidmətə görə" III dərəcəli medalı

Haqqında məlumatlar

18 noyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

1993 – 2001-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbində,

2001 – 2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə,

2004 – 2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2008 – 2009-cu illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit kursu keçib.

Hərbçi əmək fəaliyyəti

2009-cu ildə Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra xidmətini Füzuli rayonunda davam etdirib. Xidməti dövründə ona həvalə olunmuş müxtəlif vəzifələri uğurla yerinə yetirərək mayor rütbəsinədək yüksəlib.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində tabor komandiri olaraq iştirak edib.

Şəhid olması

20 oktyabr 2020-ci il tarixdə – 33 yaşında, Qubadlı şəhərinin 4 km-liyində olarkən düşmən snayperi tərəfindən vurulub və döyüş meydanında qəhrəmancasına həlak olub. Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə 3 qardaş olublar.

Ailəli idi. Şəhid olarkən 4 və 5 yaşlarında iki qızı vardı.

Digər

Məktəb yaşlarında Şəki şəhər Uşaq Gənclər İdman Məktəbinin futbol komandasının heyətində müxtəlif turnirlərdə oynayıb.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 15 Dec 2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 06.02.2022.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
  4. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 06.02.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 06.02.2022.
  5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 29.08.2022.
  6. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : XƏYAL Ağabəy oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  7. Aydəmir Ş., Məmmədov O, İbrahimxəlilov İ. Mayor Xəyal Ağabəy oğlu MƏMMƏDOV // Göynük qartalları İkinci Qarabağ müharibəsində. — Bakı: “Zəngəzurda” çap evi, 2021. — Səhifələrin sayı:  304. — Səh.: 46. — 1.000 nüsx. — ISBN 978-9952-37-060-7.

Videolar