Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Xəyyam Mirzəzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:47, 29 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search


Xəyyam Mirzəzadə
Mirzəzadə Xəyyam Hadı oğlu
Xəyyam Mirzəzadə
Xəyyam Mirzəzadə.
Şəxsi məlumatlar
Doğum tarixi 5 oktyabr 1935(1935-10-05)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 iyul 2018 (82 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi bəstəkar

Mükafatları Azərbaycan SSR LKGİ mükafatı — 1970"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1972Azərbaycan SSR dövlət mükafatı — 1975"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1978Azərbaycan SSR dövlət mükafatı — 1986
"Şöhrət" ordeni (Azərbaycan) — 2000 "Şərəf" ordeni — 2010

Xəyyam Mirzəzadə — görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, professor, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı və iki qat Azərbaycan SSR dövlət mükafatı laureatı, Azərbaycan SSR xalq artisti.

Haqqında məlumatlar

5 oktyabr 1935-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1957-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında işləməyə başlayıb; o cümlədən,

1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Yaradıcılığı

Yaradıcılığı instrumental və vokal musiqini, simfonik və kamera janrlarını əhatə edir. Dramatik tamaşalara və kinofilmlərə musiqilər bəstələmişdir. Bir çox kamera əsərlərinin və sonataların müəllifidir.

Əsərləri

Baletləri
Kamera orkestri üçün
  • Musiqi (1964);
  • Üç xoreoqrafik şəkil (1969).
Simfonik orkestr üçün
  • I Simfoniya (1957);
  • II Simfoniya (Triptix, 1970);
  • Kiçik lirik süita (1963);
  • Oçerklər-63 simfonik poema (1963);
  • "Muğan çöllərində" süitası (1967).
Xor, solist və simfonik orkestr üçün
  • "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə;
  • Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə.
Ağacdan nəfəs alətləri üçün
  • Sekstet (1962).
Misdən nəfəs alətləri üçün
  • Kvartet (1970).
Simli kvartet üçün
  • I Kvartet (1956);
  • II Kvartet (1961);
  • Dörd miniatür (1958);
  • Noraşen rəqsləri (1972);
Skripka və fortepiano üçün
  • Sonatina (1950);
  • Poema vä sketso (1952).
Təltif və mükafatları

Vəfatı

30 iyul 2018-cı il tarixdə – 82 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.


Ədəbiyyat

  1. Qasımova S. Xəyyam Mirzəzadə // Musiqi dünyası : jurnal. — Bakı, 2000. — № 3–4/5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 6 Jul 2003 - 27 Jan 2020.
  2. Məmmədov Ə., Xalıqov F. Mirzəzadə Xəyyam // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 314 – 315. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Filmoqrafiya