Xalid Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 10:07, 7 noyabr 2021 tarixli redaktə
Xalid Hacıyev
Hacıyev Xalid Məmmədsaleh oğlu
Xalid Hacıyev
Xalid Hacıyev, 2012-ci il.
Doğum tarixi 7 noyabr 1934 (1934-11-07) (89 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Uşağı Səbinə Hacıyeva
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili I.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutu (1953–1958)

Xalid Hacıyev — tanınmış tikinti mütəxəssisi və SSRİ kateqoriyalı basketbol hakimi; uzun müddət tikinti sahəsi üzrə layihə institutlarında çalışmış, məsul vəzifələr tutmuş, həmçinin, paralel olaraq basketbol hakimi kimi fəaliyyət göstərmişdir.

Haqqında məlumatlar

7 noyabr 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1943 – 1953-cü illərdə Dəmir Yolları Nazirliyinin nəzdindəki 1 nömrəli dəmir yol məktəbində,

1953 – 1958-ci illərdə İ.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutunda (dəmiryol istismarı mühəndisi ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1958 – 1972 — “Azdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunda mühəndis, baş mühəndis, qrup rəhbəri,

1965-ci ildən tikinti şöbəsinin rəis müavini,

1969-cu ildən isə 2 saylı memar-inşaat şöbəsinin rəisi vəzifəsində çalışıb.

1972 – 1973-cü illərdə Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin sənaye tikinti şöbəsinin rəisi;

1973 – 1975-ci illərdə “Azdövlətlayihə” Dövlət Layihə İnstitutunda baş mühəndis;

1975 – 1982-ci illərdə “İttfaqyollayihə” Dövlət Layihə İnstitutunun Bakı filialının müdiri;

1982 – 1985-ci illərdə Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyində baş referent;

1985 – 1985-ci illərdə “Bakışəhərlayihə” Layihə İnstitutunda baş mühəndisin müavini;

1985 – 1992-ci illərdə “Azəraqrolayihə” Layihə İnstitutunun müdiri;

1992 – 1996-cı illərdə “Azəraqrartikinti” ATSC-də baş mütəxəssis;

1996 – 2002-ci illərdə “Aqrarlayihə” MMC Bakı filialının rəisi;

2002 – 2004-cü illərdə “Azəraqrartikinti” ATSC-nin TMHLSSE şöbəsinin baş mütəxəssisi;

2004 – 2018-ci illərdə isə “Azəraqrartikinti” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

Ailəsi

İki qızı var: Böyük qızı Səbinə – memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiridir; kiçik qızı Miladə, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, təhsilini İtaliyada davam etdirib, orada yaşayır və işləyir.

Digər

Tələbəlik illərindən basketbolda hakimliyə maraq qöstərib. 1967-ci ildə SSRİ xalqlarının yubiley Spartakiadasının nəticələrinə əsasən Xalid Hacıyev basketbol üzrə ümumittifaq kateqoriyalı hakim dərəcəsi alıb. Çoxillik idman hakimliyi dövründə müxtəlif səviyyələrdə mindən çox oyunun (rayon, şəhər yarışları, Azərbaycan və SSRİ çempionatları, habelə beynəlxalq yoldaşlıq oyunları) hakimi olub.

2007-ci ildə Həcc ziyarətinə gedib.

Şablon:Yaxşı məqalə