Xan məscidi

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 12:34, 10 iyul 2021 tarixli redaktə
məscid
Xan məscidi
Xan məscidi və Xan qəbiristanlığı
Xan məscidi və Xan qəbiristanlığı
Xan məscidi və Xan qəbiristanlığı
Ölkə Azərbaycan
Şəhər Şəki
Məzhəb sünni
Banisi Məhəmmədhüseyn xan
İlk xatırlanma 1769/1790
Tikinti ???—1769/1770 
Material çay daşı, kərpic
Xan məscidi (Azərbaycan)
Xan məscidi (Şəki rayonu)
Xan məscidi (Yuxarı Baş)
Koordinatlar 41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E / 41.202529; 47.191714 41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E / 41.202529; 47.191714

Xan məscidini hicri 1183 (1769/70)-ci ildə Şəki xanı Məhəmmədhüseyn xan tikdirib. Məscid əvvəlcə “I Cümə məscidi” adlanıb. Məscidin şərq tərəfindəki torpaq sahəsində Şəki Xan qəbristanlığı yerləşir. Salman Mümtazın şəhadətinə görə, Məhəmmədhüseyn xanın özü məscidin “mehrabı içində” dəfn edilib.

Şəki Xan məscidi

14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842/1843) Nuxa bazarı ilə birlikdə yanmışdır. Mustafa ağa Şəkixanovun yazdığına görə, o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscid ətrafındakı evlər də yanğına məruz qalıb. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov bu məscidi bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini, – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır (hal-hazırda məscidin arxasına diqqətlə baxdıqda görmək olar ki, vaxtilə məscidin pəncərələri indikindən xeyli kiçik olubmuş, sonra onların yeri hörülərək, daha geniş pəncərələr açılmışdır. Mümkündür ki, bu iş, məhz yanğından sonra edilib).

XX əsrin 90-cı illərində məscid “Azəri” adlanan qeyri-leqal dini birliyinə verilmişdir. 30 ilə yaxın müddət ərzində onlar məscidi daima bağlı saxlamış, hətta Mədəniyyət şöbəsi tərəfindən məscidin divarına “Bura dövlət tərəfindən qorunur” lövhəsinin vurulmasına belə imkan verməmişdirlər. 2009-cu ildə Şəki Şəhər Mədəniyyət Şöbəsi məhkəməyə müraciət etsə də, məhkəmə məscidin qeyri-leqal “Azəri” dini icması tərəfindən boşaldılmasına qərar versə də bu qərarın icrası yalnız 2019-cu ildə mümkün olub.

Həmçinin bax

Ədəbiyyat

  1. Məhəmmədhüseyn xan Müştaq. Bakı. 1925
  2. Ədalət. Tahirzadə. Şəkinin tarixi qaynaqlarda
  3. Azadlıq Radiosu, «Xan məscidi» ətrafında çəkişmə
  4. A.Məmmədov. Ədalət Tahirzadənin "Şəkinin tarixi qaynaqlarda" kitabı
  5. Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
  6. Aydın Məmmədov. Məhəmmədhüseyn xan Müştaqinin aqibəti. http://www.tarix.shaki.info. Şəki tarixi. Arxivləşdirilib (12 may 2021).
  7. Məmmədov A.S. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində aparılan təmir-bərpa işləri zamanı 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın qəbri aşkar edildi. https://ipekchi.info. “İpəkçi” qəzetinin saytı (04 İyul 2021). Arxivləşdirilib (10 iyul 2021).
    Məmmədov A.S. Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 9 iyul. — № 51 (1828). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 iyul 2021.
    Məmmədov A.S. Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib. https://medeniyyet.az. “Mədəniyyət” qəzetinin saytı (09-07-2021). Arxivləşdirilib (10 iyul 2021).


Şablon:Yaxşı məqalə