Xan məscidi
Xan məscidi hicri 1183 (1769/70)-ci ildə Şəki xanı Məhəmmədhüseyn xanın sifarişi ilə tikilmiş, əvvəlcə “I Cümə məscidi” adlanmışdı. Məscidin şərq tərəfindəki torpaq sahəsində isə Şəki Xan qəbristanlığı yerləşir.
məscid | |||||
Xan məscidi
| |||||
Xan məscidi və Xan qəbiristanlığı | |||||
Ölkə | Azərbaycan | ||||
Şəhər | Şəki | ||||
Məzhəb | sünni | ||||
Banisi | Məhəmmədhüseyn xan | ||||
İlk xatırlanma | 1769/1770 | ||||
Tikinti | ???—1769/1770 | ||||
Material | çay daşı, kərpic | ||||
Vəziyyəti | məscid kimi fəaliyyətdədir | ||||
| |||||
41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E | |||||
Commonsda da Xan məscidi ilə əlaqəli mediafayllar var |
14 aprel 1853-cü il tarixdə Nuxa bazarı ilə birlikdə yanıb. Mustafa ağa Şəkixanovun yazdığına görə, o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscid ətrafındakı evlər də yanğına məruz qalıblarmış. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov bu məscidi bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini (minarənin başını, pilləkənlərini və s.) bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır (2020-ci ildə məscidin arxasına diqqətlə baxdıqda görmək olurdu ki, vaxtilə məscidin pəncərələri indikindən xeyli kiçik olubmuş və sonra onların yeri hörülərək, əvəzində daha geniş pəncərələr açılmışdır. Mümkündür ki, bu iş, məhz yanğından sonra edilmişdir).
XX əsrin 90-cı illərində məscid “Azəri” adlanan qeyri-leqal dini birliyinə verilmişdi. Onlar 30 ilə yaxın müddət ərzində məscidi daima bağlı saxlamış, hətta “Bura dövlət tərəfindən qorunur” lövhəsinin vurulmasına belə imkan verməmişdirlər. 2009-cu ildə Şəki Şəhər Mədəniyyət Şöbəsi məhkəməyə müraciət etsə də və məhkəmə məscidin qeyri-leqal “Azəri” dini icması tərəfindən boşaldılmasına qərar versə də, qərarın icrası yalnız 2019-cu ildə mümkün olmuşdu.
2021 – 2022-ci illərdə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində və ətrafında təmir-bərpa işləri həyata keçirilmişdir. Şəki Xan məscidi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşdiyinə görə təmir-bərpa işləri çərçvəsində məhz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən institutun antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun rəhbərliyi altında məscid ərazisində və məscidin ətrafında arxeoloji qazıntılar da aparılmışdır. O cümlədən, vaxtilə Salman Mümtazın göstərdiyi yerdə (yazmışdı ki, Şəki xanı Məhəmmədhüseyn xan məscidin mehrabı içində dəfn edilmişdir) Məhəmmədhüseyn xanın qəbri 2 iyul 2021-ci il tarixdə – günortadan sonra, qeyri-qanuni olaraq açılmış, qəbrində aşkar edilmiş sümükləri bir ədəd güllə (məlum olduğu kimi, Məhəmmədhüseyn xan edam edilməzdən 1 həftə əvvəl güllə ilə yaralanmışdır) ilə birlikdə 7 iyul 2021-ci il tarixdə qeyri-qanuni olaraq qəbirdən götürülmüşdür.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Esmira Cavadova (09.06.2011). "«Xan məscidi» ətrafında çəkişmə" (azərb.). Azadlıq Radiosu. 12 Jun 2011 - 4 Mar 2016 tarixində arxivləşdirilib.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- Aydın Məmmədov. Məhəmmədhüseyn xan Müştaqinin aqibəti . http://www.tarix.shaki.info. Şəki tarixi. Arxivləşdirilib (12 may 2021).
- Məmmədov A.S. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində aparılan təmir-bərpa işləri zamanı 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın qəbri aşkar edildi . https://ipekchi.info. “İpəkçi” qəzetinin saytı (04 İyul 2021). Arxivləşdirilib (10 iyul 2021).
- Məmmədov A.S. Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 9 iyul. — № 51 (1828). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 iyul 2021.
- Məmmədov A.S. Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib . https://medeniyyet.az. “Mədəniyyət” qəzetinin saytı (09-07-2021). Arxivləşdirilib (10 iyul 2021).
Həmçinin bax Vizual/Mobil redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |