Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yaşar Bilalov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:29, 10 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yaşar Bilalov
Bilalov Yaşar Mahmud oğlu
Yaşar Bilalov
Yaşar Bilalov, 1972-ci il.
Doğum tarixi 29 sentyabr 1936(1936-09-29)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi + 2013(2013-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (+77 yaşında)
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

Azərbaycan Sənaye İnstitutu, kimya-texnologiya fakültəsi (1955–1957)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu (1957–1961)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu, aspirantura (1962–1965)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Yaşar Bilalov (1936–+2013) — kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi. Uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

29 sentyabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1955-ci ildə Nuxa şəhər M.F.Axundov adına 2 №-li orta məktəbini bitirib.

1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub.

1957-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Zərif kimya Texnologiyası İnstitutunda davam etdirib.

1962 – 1965-ci illərdə M.V.Lomonosov adına Moskva Zərif kimya Texnologiyası İnstitutunun aspiranturasına təhsil alıb.

Elmi fəaliyyəti

1965-ci ildə “Protektor rezinlərinin tərkibinin onların mexaniki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını,

1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə professor elmi adını alıb.

400-dən artıq elmi əsərin, o cümlədən, dərs vəsaitlərinin müəllifidir.

Tədqiqatları polimerlərin modifikasiyası, onların əsasında müxtəlif məqsədli kompozisiyalar alınmasına həsr olunub.

20-dən çox elmlər namizədinin və elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1961 – 1962-ci illərdə Bakı şin zavodunda işləyib.

1965-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda işləməyə başlayıb; əvvəl yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasında müəllim, sonra baş müəllim, daha sonra dosent,

1972-ci ildən isə kafedranın müdiri,

1977 – 1982-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı,

1988-ci ildən professor vəzifəsində çalışıb.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Bilalov Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 72 – 74. — 1.000 nüsx.
  2. Mete Ə. Fəxri kimyaçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 289 – 290. — 500 nüsx.
  3. Bilalov Yaşar Mahmud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2013. —IV  c. — Səh. 34. — ISBN 978-9952-441-03-1.