Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Yaqub Mahir" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 49: Sətir 49:
 
1953-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna qəbul olunsa də orada da təhsilini davam etdirə bilməyib.
 
1953-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna qəbul olunsa də orada da təhsilini davam etdirə bilməyib.
  
1954 – 1957-ci illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda aqronom ixtisası üzrə,
+
1954 – 1957-ci illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda aqronom ixtisası üzrə şöbəsində təhsil alıb.
 
 
1967-ci ildə [[Nuxa Musiqi Texnikumu|Nuxa Musiqi Texnikumunun]] səs-xalq mahnıları və muğamları şöbəsində təhsil alıb.
 
  
 
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===

00:16, 19 iyun 2022 versiyası

Yaqub Alxasov
Alxasov Yaqub Mahir oğlu
Yaqub Alxasov
Yaqub Mahir (“Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)” kitabının üz qabığındakı şəkil).
Doğum tarixi 27 may 1927(1927-05-27)
Doğum yeri Oxud, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 25 noyabr 2015 (88 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Vahab Cəbrayıl oğlu Alxasov
Anası Nazilə
Uşaqları Vüqar, Xatın, Bahar və Nigar
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Nuxa Kənd Təsərrüfatı Texnikumu (1954–1957)

Yaqub Mahir (1927–2015) — XX əsrdə və XXI əsrin ilk onilliklərində Şəkidə yaşayıb-yaratmış şair.

Haqqında məlumatlar

27 may 1927-ci il tarixdə Şəki qəzasının Oxud kəndində, yoxsul ailədə anadan olub.

Təhsili

Əvvəl Oxud kənd səkkizillik məktəbində,

1947 – 1948-ci illərdə isə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.

1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunsa da 1953-cü ildə universitetdən xaric edilib.

1953-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna qəbul olunsa də orada da təhsilini davam etdirə bilməyib.

1954 – 1957-ci illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda aqronom ixtisası üzrə şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1957 – 1963-cü illərdə əvvəl bir müddət ixtisası üzrə Oxud kəndində aqronom-entimoloq, sonra müxtəlif vaxtlarda V.İ.Lenin adına Nuxa İpək Kombinatında çeşidləyici fəhlə, “Şəki fəhləsi” qəzeti redaksiyasında mühasib və digər sahələrdə müxtəlif vəzifələrdə çalışıb.

1963 – 1988-ci illərdə Şəki şəhər Rabitə Qovşağında texnik işləyib.

Yaradıcılığı

Şeirləri əsasən yerli dövri-mətbuatda çap olunmuşdur. “Səbuhi” ədəbi məclisinin üzvü olmuş, satiralarında M.Ə.Sabir, lirik-aşiqanə qəzəllərində Əliağa Vahid, gəraylı və qoşmalarında isə zəngin aşıq şeiri ənənələrini davam etdirmişdir.

Digər

Atası, anası və bacısı ilə birlikdə 1938-ci ildə Moskva şəhərində keçirilmiş Azərbaycan incəsənəti ongünlüyündə ailəvi rəqs qrupu kimi iştirak edib.

Vəfatı

25 noyabr 2015-ci il tarixdə – 88 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Adışirinov K. Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: “Elm və təhsil”, 2020. — Səhifələrin sayı:  353. — ISBN 978-9952-8175-0-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.