Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)

Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) — XX əsrdə və XXI əsrin ilk onilliklərində Şəkidə yaşayıb-yaratmış şair Yaqub Mahirin (1927–2015) həyat və fəaliyyəti haqqında monoqrafiya. AMEA Şəki Regional Elmi Mərkəzinin 4 oktyabr 2019-cu il tarixli Elmi Şura iclasında müzakirə edilərək (Protokol №9) nəşrə tövsiyə olunmuşdur. Müəllif şairin maraqlı və məşəqqətli ömür yolunu, cəmiyyətə satirik baxışının məcmuyu olan satiralarını, poetik irsinin ayrı-ayrı mövzularını, əsərlərində xalq ədəbiyyatından istifadə imkanlarını və yaradıcılığının sənətkarlıq qüdrətini ilk dəfə geniş şəkildə təhlilə cəlb etmişdir. Kitab XX əsrdə və XXI əsrin ilk onilliklərində Şəkidə ədəbi mühitin inkişaf məsələləri, xüsusilə el şairi Yaqub Mahirin həyat və yaradıcılıq yolu ilə maraqlanan ədəbiyyat mütəxəssisləri və geniş oxucu qrupları üçün nəzərdə tutulmuşdur.

Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)
“Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)” kitabı, üz qabığının görünüşü.
“Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)” kitabı, üz qabığının görünüşü.
Müəllif K.Adışirinov
Redaktoru B.Babayev
Janr bioqrafiya
Orijinalın dili azərbaycanca
Ölkə Azərbaycan
Şəhər Bakı
İl 2020
Nəşriyyat Elm və təhsil
Səhifə 351
Tiraj 200
  ISBN ISBN 978-9952-8175-0-7
elektron versiyası
elektron versiyası

ƏdəbiyyatRedaktə

Adışirinov K.F. (kitaba keçid) // Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2020. — Səhifələrin sayı:  353. — ISBN 978-9952-8175-0-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.