Yaqub Mahmudov — tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri.

Yaqub Mahmudov
Mahmudov Yaqub Mikayıl oğlu
Yaqub Mahmudov
Yaqub Mahmudov.
Doğum tarixi 10 fevral 1939 (1939-02-10) (85 yaş)
Doğum yeri Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tarix
İş yeri Bakı Dövlət Universiteti, qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi (1957 – 1962)

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi, aspirantura (1962 – 1966)
Üzvlüyü AMEA-nın həqiqi üzvü
Mükafatları Azərbaycan Respublikasının Dövlət Mükafatı — 1991"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1992
“Şöhrət” ordeni (Azərbaycan) — 1999"Şərəf" ordeni — 2009"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalıI dərəcəli "Əmək" ordeni — 2019

Haqqında məlumatlar

10 fevral 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd orta məktəbini bitirib.

1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində,

1962 – 1966-cı illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respubli­kası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını,

1989-cu ildə isə “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2007-ci ildə AMEA-nın müxbir üzvü,

2017-ci ildə isə həqiqi üzvü seçilib.

1000-ə yaxın elmi məqaləsi çap olunub. O cümlədən, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 28 məqaləsi dərc olunub.

40 fəlsəfə doktorunun, 5 elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyasında işləmiş, o cümlədən,

1966 – 1971-ci illərdə əvvəl elmi redaktor, sonra böyük elmi redaktor, sonra ümumi tarix redaksiyasının müdiri, daha sonra Azərbaycan tarixi redaksiyasının müdiri,

1971 – 1975-ci illərdə isə baş redaktorunun elmi işlər üzrə müavini olmuşdur.

1981-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində işləmiş, o cümlədən,

1981 – 1985-ci illərdə qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti,

1985-ci ildə tarix fakültəsinin dekan müavini,

1986 – 1990-cı illərdə tarix fakültəsinin dekanı,

1991-ci ildən isə qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri olmuşdur.

1994 – 2004-cü illərdə həm də M.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı olub.

İkinci iş yerləri

1968 – 1981-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim, dosent vəzifələrində çalışıb.

1992-ci ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyinə baş direktor təyin olunub.

2004 – 2021-ci illərdə AMEA Tarix İnstitutunun direktoru olub.

Milli Məclisdə

2001 – 2019-cu illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Ailəsi

Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mahmudov Yaqub // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 358-362. — 1.000 nüsx.
  2. "Həqiqi üzvlər/Mahmudov Yaqub Mikayıl oğlu". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 20 May 2017 - 20 Sep 202 tarixində arxivləşdirilib.
  3. "MAHMUDOV YAQUB MİKAYIL OĞLU (YAQUB MAHMUDLU)". http://tarixinstitutu.az/ (azərb.). AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu. 10 Feb 2021 tarixində arxivləşdirilib.