Yeganə Axundova — tanınmış pianoçu və kompozitor, Azərbaycan Respublikasının xalq artisti, professor, Bakı Musiqi Akademiyasının xarici əlaqələr üzrə prorektoru.

Yeganə Axundova
Axundova Yeganə Əsgər qızı
Yeganə Axundova
Yeganə Axundova
Şəxsi məlumatlar
Doğum tarixi 22 may 1960 (1960-05-22) (64 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Peşələri bəstəkar, pianoçu, pedaqoq,

Musiqi aləti piano
Təhsili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2012

Haqqında məlumatlar Vizual/Mobil redaktə

22 may 1960-cı il tarixdə Nuxada (indiki Şəki) şəhərində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1984-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında/Bakı Musiqi Akademiyasında işləyir; o cümlədən,

2003-cü ildən dosent,

2005-ci ildən xarici əlaqələr üzrə prorektor,

2009-cu ildən professor vəzifəsini tutub.

Yaradıcılıq fəaliyyəti Vizual/Mobil redaktə

1985-cı ildə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında əmək təcrübəsi də əldə edib.

Bir çox ölkələrdə (Almaniya, Yunanıstan, İtaliya, Norveç, Türkiyə, Fransa, Avstriya, Polşa, Böyük Britaniya, Rusiya, İspaniya, Macarıstan, Mərakeş, Ruminiya və s.) qastrollarda olub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

  • Bakıda təşkil olunmuş pianoçuların Beynəlxalq Zaqafqaziya Müsabiqəsinin diplomu (1985);
  • Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2006);
  • “Humay” Azərbaycan Milli Mükafatı (2007);
  • AMEA-nın Yusif Məmmədəliyev adına mükafatı (2007);
  • Avropa – Amerika Qadın Konsorsiumunun “Uğurlu qadın” beynəlxalq mükafatı;
  • Beynəlxalq “Niaqara qızıl musiqisi” mükafatı (Kanada, Beynəlxalq Niaqara Müsiqi festivalı, 2007);
  • Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (2012).

Həmçinin, bax: Vizual/Mobil redaktə