Yolçu Babazadə (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Yolçu Babazadə
Babazadə Yolçu Bəhruz oğlu
Yolçu Babazadə
Yolçu Babazadə.
Doğum tarixi 20 yanvar 2002(2002-01-20)
Doğum yeri Qozlubulaq, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 5 oktyabr 2020 (18 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Qozlubulaq kənd qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Bəhruz Babayev
Anası Xatirə Babayeva
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2020
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2021"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Xocavəndin azad olunmasına görə" medalı — 2021

Haqqında məlumatlar

20 yanvar 2002-ci il tarixdə Şəki rayonunun Qozlubulaq kəndində anadan olub.

Təhsili

2008 – 2019-cu illərdə Qozlubulaq kənd tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə

20 yanvar 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Beyləqanda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində ön cəbhədə vuruşub. Füzuli, Xocavənd, Ağdərə, Cəbrayıl və s. ərazilərdə gedən döyüşlərdə iştirak edib.

Şəhid olması

5 oktyabr 2020-ci il tarixdə – 18 yaşında, sübh çağı, Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

7 oktyabr 2020-ci il tarixdə anadan olduğu Qozlubulaq kəndində dəfn edilib.

Təltif və mükafatları

Hərbi xidmətdə

Ailədə iki qardaş olublar. Subay idi.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
  3. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : XƏYAL İsrafil oğlu Əsgərzadə : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  4. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  5. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).

Video-çarxlar