Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yunis Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yunis Məmmədov
Məmmədov Yunis (Yunus) Mirzəməmməd oğlu
Yunis Məmmədov
Yunus Məmmədov.
Digər adı Yunus
Doğum tarixi 3 may 1900(1900-05-03)
Doğum yeri Qışlaq, Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 6 yanvar 1987 (86 yaşında)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
Lenin ordeni"Qırmızı Ulduz" ordeni — 1945"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Yunis Məmmədov (1900–1987)

Haqqında məlumatlar

3 may 1900-cü ildə Nuxanın (indiki Şəki) Qışlaq kəndində anadan olub.

Təhsili

1923-cü ilin sentyabr ayında Bakıda hərbi-siyasi məktəbə daxil olub.

Əmək və hərbçi fəaliyyəti

1914-cü ildə atasının vəfat etməsindən sonra 1920-ci ilədədək Nuxa Qışlağındakı ipək fabrikində fəhlə,

1920-ci ilin fevral ayından 1921-ci ilə qədər isə Nuxa Qışlağında muzdur işləyib.

1921-ci ildən 1923-cü ilin fevral ayındadək hərbi xidmətdə olub.

1923-cü ilin fevral ayından sentyabr ayınadək Nuxa şəhərindəki 3 nömrəli ipək fabrikində ipək-əyirici fəhlə vəzifəsində işləyib.

1923-cü ilin sentyabr ayından 1937-ci ilin noyabr ayınadək yenidən hərbi sahədə fəaliyyət göstyərib, hərbi-siyasi təhsilini tamamladıqdan sonra orduda əvvəl siyasi rəhbər, sonra diviziya siyasi şöbəsinin təlimatçısı, daha sonra alay hərbi komissarı vəzifəsində xidmət edib.

1937-ci ilin noyabr ayından SSRİ Dövlət Bankının Azərbaycan konturunda baş müfəttiş, Nuxa pedaqoji məktəbindəNuxa Dövlət Müəllimlər İnstitutunda hərbi rəhbər vəzifəsində çalışıb.

1941-ci ildə Böyük Vətən Müharibəsinin başlamasından sonra yenidən hərbi xidmətə keçib; o cümlədən,

1941-ci ilin sentyabr ayından 1943-cü ilin yanvar ayınadək əvvəl döyüşən orduda batalyon hərbi komissarı, sonra işaaat-fəhlə dəstəsinin rəisi və başqa bu kimi digər vəzifələrdə xidmət edib.

1943-cü ilin yanvar ayından sonra əvvəl Azərbaycan K(b)P MK-nın kadr şöbəsində təlimatçı, sonra Azərbaycan K(b)P Vartaşen (indiki Oğuz) rayon komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1946–cı ilin fevral ayında Zəhmətkeş Deputatları Nuxa Rayon Soveti İcraiyyə Komitəsinin sədri seçilib.

1951-ci ildə ildə Nuxa rayon Sənaye kombinatının direktoru, sonralar Nuxa şəhər kommunal təsərrüfat idarəsinin müdiri və s. bu kimi digər vəzifələrdə çalışıb.

1963-cü ildən ittifaq əhəmiyyətli təqaüdçü idi.

Vəfatı

6 yanvar 1987-ci il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib.

Digər

1926-cı ildən ÜİK(b)P-nın üzvü olub.

1947-ci ildə 1947-ci ildə 127 nömrəli Oxud seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1948-ci ildə həm Nuxa rayon, həm də Nuxa şəhər sovetinin deputatı seçilib. O cümlədən, yenidən rayon soveti icraiyyə komitəsinin sədri seçilib.

1950-ci ildə Nuxa şəhər sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Ailəsi

Atası: Mirzəməmməd (?–1914), əvvəllər yoxsul kəndli olmuş, sonralar arabaçılıq etmişdir.

Həmçinin, bax:

Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)

İstinadlar

Ədəbiyyat

  1. Мамедов Юнус Мирза Мамедович : [arx. 09.11.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 09.11.2022.
  2. Мамедов Юнус Мирза-Мамеда : [arx. 09.11.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 09.11.2022.
  3. Мамедов Юнус Мирза Мамед-оглы : [arx. 09.11.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 09.11.2022.
  4. Azərbaycan SSR Ali Soveti deputatlığına namizədlər: fəal sovet işçisi = Азәрбајҹан ССР Али Совети депутатлығына намизәдләр:фҝал совет ишчиси // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1947. — В. 30 yanvar. — № 15 (3923). — Səh. 4.
  5. Rayon Sovetinə seçilmiş deputatların siyahısı = Рајон Советинә сечилмиш депутатларын сияһысы // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1957. — В. 17 mart. — № 32 (5.488). — Səh. 2.
  6. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР'» от 1 июля 1949 г.  // Ведомости Верховного Совета СССР. — 29.07.1949. — № 37 (584). — С. 2.
  7. Yunis Məmmədov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1982. — VI  cild. — Səhifələrin sayı:  647. — Səh.: 501. — 80.000 nüsx.
  8. Məmmədov Ə., Xalıqov F. Məmmədov Yunis // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 395. — 1.000 nüsx.
  9. Mete Ə. Əməyi ilə ucalan insan // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 401-402. — 500 nüsx.



El arasında bir adama qiymət verəndə deyərlər ki, qeyrətli- dir, xalqını sevəndir, böyük-kiçik tanıyandır, zəhmətkeşdir. Ba- balarımız haqlı deyiblər: “İş insanın cövhəridir”. Tarix boyu in- sanı ucaldan, şöhrətləndirən onun əməyi olmuşdur. İnsan şü- urunun formalaşmasında, ümumiyyətlə, cəmiyyətin inkişafında əmək prosesi ilkin amildir. Bu bölməmizdə Şəkinin belə əmək qəhrəmanlarından - is- tehsalat qabaqcılları, ziyalılar, dövlət və mədəniyyət xadimlə- rindən söhbət açacağıq. YUNİS MƏMMƏDOV" Şəkidə tanınmış rəhbər işçilərdən biri Yunis Mirzəmməd oğlu Məmmə- dov olmuşdur. O, 1900-cü ildə Şəkinin Qışlaq kəndində doğulmuşdur. Həmin kənd indi şəhərlə birləşdirilmişdir. Ata- sı arabaçı olmuş, 1914-cü ildə vəfat et- mişdir. Gənc Yunis 1914-1920-ci illər- də ipək fabrikində fəhləlik etmiş, 1920- 1921-ci illərdə Hacı Abdulla Hacı Rəsul oğluna muzdur olmuşdur. Yunis ordu sı- ralarında qulluq etmiş (1921-1923) və üç il hərbi-siyasi məktəbdə oxumuşdur (1923-1925). Məktəbi müvəffəqiyyətlə qurtardıqdan sonra 1925-1930-cu illərdə Azərbaycan milli diviziyasının siyasi şö- bəsinin təlimatçısı işləmişdir. Bacarıqlı siyasi işçi 1932-1936-cı illərdə Leninqrad Hərbi Akademiyasında oxumuş və oranı bitirdikdən sonra 77-ci Azər- baycan Milli Diviziyası 229-cu polkunda hərbi komissar olmuş- dur (1936-1937). Sonra müxtəlif rəhbər vəzifələrdə işləyən Y.Məmmədov 1941-1943-cü illərdə müharibədə iştirak etmiş- dir. Müharibədən sonra müxtəlif vəzifələrdə çalışan Yunis әәә би ан . 1949-cu ildə Sosialist Əməyi СИНӘ fəx- 5 adına layiq görülmüşdür. O, кә с̧ох ә Һә medalla təltif ilmiş, 1963-cü ildən fərdi təqaüdçü olmuşc ur. m təşkilatçı, tanınmış rəhbər işçi Y.M.Məmmədov 1987-ci ildə Şəkidə vəfat etmişdir.




" Sosialist Əməyi Qəhrəmanları haqda bioqrafik oçerklər tarixi f: imi kitaba daxil edilmişdir — red. 9 -