Yunis Qarabağlı
Yunis Qarabağlı (1909–1985) — tanınmış teatr xadimi, teatr aktyoru, teatr rəssamı, xanəndə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının butafor sexinin rəhbəri.
Yunis Məmmədov | |
---|---|
Məmmədov Yunis Şükür oğlu | |
![]() | |
Yunis Qarabağlı. | |
Ləqəbi | Yunis Qarabağlı |
Doğum tarixi | 8 fevral 1909 |
Doğum yeri |
Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, ![]() |
Vəfat tarixi | 3 noyabr 1985 (76 yaşında) |
Vəfat yeri |
Şəki, ![]() ![]() |
Dəfn yeri | Çöl qəbiristanlığı, Şəki |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Şövkət |
Uşağı | Akif, Asif, Arif, Cingiz, Ruhangiz |
Haqqında məlumatlarRedaktə
8 fevral 1909-cu il tarixdə Ağdamda anadan olub.
TəhsiliRedaktə
Ağdamda ibtidai təhsil alıb.
Əmək və yaradıcılıq fəaliyyətiRedaktə
Ağdamda baramaaçan fabrikdə işləməklələ yanaşı Ağdam dram dərnəyinin hazırladığı tamaşalarda rol oynayıb.
1931 – 1934-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının,
1934 – 1949-cu illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının aktyoru olub.
1949 – 1970-ci illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatının mədəniyyət klubunun müdiri,
1970 – 1975-ci illərdə Şəki xalq teatrının rəssamı,
1975-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının butafor sexinin rəhbəri vəzifəsində çalışıb.
DigərRedaktə
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının istehsal etdiyi “Səbuhi”, “Ögey ana”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Arxadan vurulan zərbə” filmlərində epizodik rollarda çəkilib.
VəfatıRedaktə
3 noyabr 1985-ci il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
ƏdəbiyyatRedaktə
- Rəhimli İ. Yunis Qarabağlı // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 223-225. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
- Təhmirazqızı S. Yunis Məmmədov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 144. — Səh.: 129-130. — 500 nüsx.
- Təhmirazqızı S. Yunis Qarabağlı // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 73. — 300 nüsx.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |