Yunis Qarabağlı

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 10:33, 8 sentyabr 2021 tarixli redaktə
Yunus Məmmədov
Məmmədov Yunis Şükür oğlu
Yunus Məmmədov
Yunis Qarabağlı.
Ləqəbi Yunis Qarabağlı
Doğum tarixi 8 fevral 1909(1909-02-08)
Doğum yeri Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 3 noyabr 1985 (76 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası SSRİ

Yunis Qarabağlı (1909–1985) — tanınmış teatr xadimi, teatr aktyoru, teatr rəssamı, xanəndə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında butafor sexinin rəhbəri.

Haqqında məlumatlar

8 fevral 1909-cu il tarixdə Ağdamda anadan olub.

Təhsili

Ağdamda ibtidai təhsil alıb.

Əmək və yaradıcılıq fəaliyyəti

Ağdamda baramaaçan fabrikdə işləməklələ yanaşı Ağdam dram dərnəyinin hazırladığı tamaşalarda rol oynayıb.

1931 – 1934-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının,

1934 – 1949-cu illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının aktyoru,

1949 – 1970-ci illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatının mədəniyyət klubunun müdiri,

1970 — 1975-ci illərdə Şəki xalq teatrının rəssamı,

1975-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının butafor sexinin rəhbəri olub.

Vəfatı

3 noyabr 1985-ci il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Rəhimli İ. Yunis Qarabağlı // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 223-225. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
  2. Təhmirazqızı S. Yunis Məmmədov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  144. — Səh.: 129-130. — 500 nüsx.