Yusif Şükürlü: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 64: Sətir 64:


== Mənbələr==
== Mənbələr==
*[http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609 www.science.az/Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu].
*{{cite web |url=http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609|title=Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu |author= |date= |website=http://www.science.gov.az/ |publisher=science.gov.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200119092317/http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609 |archivedate =10 Jan 2017 - 19 Jan 2020 }}
*Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.
*{{ŞAZ|1|530 – 431}}

21:49, 24 iyul 2020 versiyası

Yusif Şükürlü
Şükürlü Yusif Hacıbala oğlu
Yusif Şükürlü
Yusif Şükürlü
Doğum tarixi 27 oktyabr 1948 (1948-10-27) (75 yaş)
Doğum yeri Baş Şabalıd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru
Elmi dərəcəsi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili

Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi

Azərbaycan SSR EA-nın Fizika İnstitutu, aspirantura

Yusif Şükürlü (Şükürlü Yusif Hacıbala oğlu; d. 27 oktyabr 1948-ci ildə, Baş Şabalıd, Nuxa rayonu, AzSSR, SSRİ) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007).

Haqqında məlumatlar

27 oktyabr 1948-ci il tarixdə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1966 – 1971-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb.

1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1971 – 1974-cü illərdə Qəbələ rayonunun Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. O cümlədən, 1973 – 1974-cü illərdə həm də Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib.

1974-cü ildə Şəki şəhərində 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində çalışıb.

1975 – 1976-cı illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında əvvəl laborant, sonra isə kiçik elmi işçi vəzifəsini tutub.

1977 – 1990-cı illərdə Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə (1987-ci ildən) baş elmi işçi vəzifəsində çalışıb.

1990 – 2008-ci illərdə Şəki Regional Elmi Bazasında biofizika laboratoriyasına rəhbərlik edib.

Elmi fəaliyyəti

1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1992 – 1996-cı illərdə Bakı Dövlət Universitetinin Şəki filialında əvvəl baş müəllim, sonra isə (1996-cı ildən) əvəzçi dosent vəzifəsində çalışıb.

2002 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsində işləyib.

2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şəki filialının təbiət elmləri və onların tədrisi metodikası kafedrasının dosentidir, o cümlədən, 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.

2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktorudur.

Ədəbi fəaliyyəti

2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mənbələr

  • "Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu". http://www.science.gov.az/ (azərb.). science.gov.az. 10 Jan 2017 – 19 Jan 2020 tarixində arxivləşdirilib.
  • Məmmədov Ə., Xalıqov F. Şükürlü Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 530 – 431. — 1.000 nüsx.