Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yusif Şükürlü

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:38, 24 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Şükürlü
Şükürlü Yusif Hacıbala oğlu
Yusif Şükürlü
Yusif Şükürlü
Doğum tarixi 27 oktyabr 1948 (1948-10-27) (75 yaş)
Doğum yeri Baş Şabalıd, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru
Elmi dərəcəsi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi

Yusif Şükürlü (Şükürlü Yusif Hacıbala oğlu; d. 27 oktyabr 1948-ci ildə, Baş Şabalıd, Nuxa rayonu, AzSSR, SSRİ) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007).

Haqqında məlumatlar

27 oktyabr 1948-ci il tarixdə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1966 – 1971-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb.

1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1971 – 1974-cü illərdə Qəbələ rayonunun Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. O cümlədən, 1973 – 1974-cü illərdə həm də Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib.

1974-cü ildə Şəki şəhərində 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində çalışıb.

1975 – 1976-cı illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında əvvəl laborant, sonra isə kiçik elmi işçi vəzifəsini tutub.

1977 – 1990-cı illərdə Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə (1987-ci ildən) baş elmi işçi vəzifəsində çalışıb.

1990 – 2008-ci illərdə Şəki Regional Elmi Bazasında biofizika laboratoriyasına rəhbərlik edib.

Elmi fəaliyyəti

1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1992 – 1996-cı illərdə Bakı Dövlət Universitetinin Şəki filialında əvvəl baş müəllim, sonra isə (1996-cı ildən) əvəzçi dosent vəzifəsində çalışıb.

2002 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsində işləyib.

2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şəki filialının təbiət elmləri və onların tədrisi metodikası kafedrasının dosentidir, o cümlədən, 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.

15 oktyabr 2014-cü il tarixdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Ədəbi fəaliyyəti

2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mənbələr