Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yusif Şükürlü

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Y{{Alim |Adı = Yusif Şükürlü |Piktoqram = riyaziyyat |Orijinal adı = Şükürlü Yusif Hacıbala oğlu |Şək...' ilə yarat) tərəfindən edilmiş 18:02, 27 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yusif Şükürlü
Şükürlü Yusif Hacıbala oğlu
Yusif Şükürlü
Doğum tarixi 25 iyul 1948 (1948-07-25) (75 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa rayonu, Baş Şabalıd
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru
Elmi dərəcəsi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi

Yusif Şükürov (Şükürlü) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007).

Həyatı

Yusif Şükürlü 27 oktyabr 1948-ci ildə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub.

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur.

Əmək fəaliyyəti

1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. 1973-1974-cü illərdə isə həm də Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini olub.

1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində işləyib və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ilin noyabrında Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında laborant, 1976-cı ilin oktyabrından isə kiçik elmi işçi vəzifəsini tutub. 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutuna işə götürülmüş, 1987-ci ilə qədər orada kiçik elmi işçi vəzifəsində, 1987-1990-cı illərdə isə baş elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1990-cı ildən 1 dekabr 2008-ci ilədək isə Şəki Regional Elmi Bazasında “Biofizika” laboratoriyasına rəhbərlik edib.

Yusif Şükürlü 1975-1992-ci illərdə isə Şəki şəhərinin müxtəlif məktəblərində əvəzçilik əsasında fizika müəllimi işləyib. 1992-1996-cı illərdə BDU-nun Şəki filialında baş müəllim, 7 mart 1996-cı il tarixdən isə əvəzçi dosent vəzifəsində çalışıb, 26 noyabr 2002-ci ildə müsabiqə yolu ilə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsinə seçilib. 2008-ci ildən ADPU-nun Şəki filialının "Təbiət elmləri və onların tədrisi metodikası" kafedrasının dosentidir və 15 oktyabr 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. O, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində və Yenidənhazırlanma fakültəsində mühazirə və seminarlar aparmış, buraxılış işlərinə rəhbərlik etmişdir. 15 oktyabr 2014-cü il tarixdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib.

Şəki şəhərində yaşayır. İki övladı və dörd nəvəsi var.

Mənbələr