Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Yusif Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yusif Hacıyev
Hacıyev Yusif Yusif oğlu
Yusif Hacıyev
Yusif Hacıyev.
Doğum tarixi 17 noyabr 1919(1919-11-17)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Gəncə quberniyası, Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 7 oktyabr 1944 (24 yaşında)
Vəfat yeri Doroqust kəndi, Xelm mahalı, Lublin voyevodalığı, Polşa
Dəfn yeri Doroqust kəndi, Xelm mahalı, Lublin voyevodalığı, Polşa
Vəfat səbəbi döyüşdə həlak olub
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Atası Hacıyev Yusif
Anası Yusifova Hüsni
Hərbi fəaliyyəti
Rütbə Младший лейтенант Красной Армии

Yusif Hacıyev (1919–1944) — Böyük Vətən müharibəsində həlak olmuş qvardiya kiçik leytenantı.

Haqqında məlumatlar

Yusif Hacıyev.

17 noyabr 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

17 noyabr 1939-cu il tarixdə və 8 oktyabr 1943-cü il tarixdə Nuxa rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Əvvəl cəbhədə döyüşən 14-сü süvari qvardiya diviziyasında, sonra 188-ci atıcı diviziyada, daha sonra 14-cü süvari qvardiya diviziyasının 52-ci süvari qvardiya alayında xidmət edib.

7 oktyabr 1944-cü il tarixdə – 24 yaşında, Polşanın Lublin voyevodalığının Xelm mahalının Doroqust kəndində baş verən döyüşdə həlak olub. Həmin kənddə də dəfn edilib.

Ədəbiyyat

  1. Гаджиев Юсуф Юсуфович : [arx. 26.05.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 26.05.2023.