Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Yusif Kərimli" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(2 intermediate revisions by 2 users not shown)
Sətir 1: Sətir 1:
[[Kateqoriya:Y]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
+
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış idmançılar]][[Kateqoriya:Şəkidən çıxmış şahmatçılar]]
 
{{Şahmatçı
 
{{Şahmatçı
 
| Adı                    = Yusif Kərimli
 
| Adı                    = Yusif Kərimli
Sətir 25: Sətir 25:
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==
 
[[Şəkil:Yusif Karimli8.jpg|360px|left|thumb|Yusif Kərimli (mərkəzdə) – məktəblilər arasında şahmat üzrə Avropa çempionatı, U09 yaş kateqoriyası, oğlanlar, qaliblərin mükafatlandırılması mərasimi, Rumıniya, Mamaya şəhəri, 9 iyun 2019.]]
 
[[Şəkil:Yusif Karimli8.jpg|360px|left|thumb|Yusif Kərimli (mərkəzdə) – məktəblilər arasında şahmat üzrə Avropa çempionatı, U09 yaş kateqoriyası, oğlanlar, qaliblərin mükafatlandırılması mərasimi, Rumıniya, Mamaya şəhəri, 9 iyun 2019.]]
12 iyun 2011-ci il tarixdə Şəkidə anadan olub.  
+
12 iyun 2011-ci il tarixdə [[Şəki|Şəkidə]] anadan olub.  
  
 
=== Təhsili ===
 
=== Təhsili ===
Sətir 48: Sətir 48:
  
 
=== Digər ===
 
=== Digər ===
Azərbaycan Respublikasının Prezidenti [[İlham Əliyev]] 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən Yusif Kərimlinin də adını çəkmişdir:
+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən Yusif Kərimlinin də adını çəkmişdir:
 
{{Sitat|
 
{{Sitat|
 
2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və '''Yusif Kərimli''' bürünc medal qazanmışlar<ref>[http://president.az/articles/35601 İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib – 13 yanvar 2020 (''president.az'') ]</ref>.
 
2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və '''Yusif Kərimli''' bürünc medal qazanmışlar<ref>[http://president.az/articles/35601 İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib – 13 yanvar 2020 (''president.az'') ]</ref>.

09:26, 11 iyun 2022 versiyası

Chess tile kl-whitebg.svg
Yusif Kərimli
Kərimli Yusif Elşad oğlu
Yusif Kərimli
Yusif Kərimli məktəblilərin şahmat üzrə Azərbaycan çempionatinda, dekabr, 2018.
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 12 iyun 2011 (2011-06-12) (12 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
FİDE reytinqi 2400-dən az (aprel 2022)
facebook səhifəsi

Yusif Kərimli — azyaşlı Azərbaycan şahmatçısı[1], 2019-cu il şahmat üzrə yeniyetmələrin şəxsi Avropa birinciliyinin – U08 yaş kateqoriyası, oğlanlar arasında, – bürünc medalçısı[2], məktəblilərin Avropa çempionatının – U09 yaş kateqoriyası, oğlanlar arasında, – qalibi[3].

Haqqında məlumatlar

Yusif Kərimli (mərkəzdə) – məktəblilər arasında şahmat üzrə Avropa çempionatı, U09 yaş kateqoriyası, oğlanlar, qaliblərin mükafatlandırılması mərasimi, Rumıniya, Mamaya şəhəri, 9 iyun 2019.

12 iyun 2011-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2017-ci ildən Şəki şəhər 11 saylı tam orta məktəbində təhsil alır.

Şahmat fəaliyyəti

5 yaşından — 2016-cı ildən, Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmatın sirlərini öyrənməyə başlayıb.

6 yaşında — 2017-ci ildə, 11 – 19 iyun tarixləri arasında Monteneqronun Budva şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Avropa çempionatında – U07 yaş kateqoriyası, oğlanlar arasında, – altıncı yeri tutub[4]. Həmin ilin dekabrında “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə keçirdiyi məktəblilərin şahmat üzrə Azərbaycan çempionatında yeddi yaşadək oğlanlar arasında ikinci olub və məktəblilərin növbəti Dünya və Avropa birinciliklərində yenidən iştirak etmək hüququ əldə edib[5].

7 yaşında — 2018-ci ildə, Albaniyanın Durres şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Dünya çempionatında, öz yaş qrupu üzrə ikinci olub[6]. Həmin il Polşanın Krakov şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə növbəti Avropa çempionatında isə öz yaşıdları arasında üçüncü yeri tutub.

2018-ci ilin dekabrında “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə keçirdiyi məktəblilərin şahmat üzrə Azərbaycan çempionatında 2010 – 2011-ci il təvəllüdlü oğlanlar arasında birinci yeri tutmuş və 2019-cu ildə keçiriləcək məktəblilərin növbəti Dünya və Avropa birinciliklərində iştirak etmək hüququ əldə etmişdir[7].

2019-cu ilin fevral – mart aylarında “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi şəhərində keçirilmiş “Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş” ənənəvi şahmat turnirində üçüncü olub[8].

2019-cu ilin may ayında İdman Gənclər Nazirliyi ilə Şahmat Federasiyasının birgə keçirdiyi Azərbaycan çempionatında səkkiz yaşadək oğlanlar arasında 11 oyundan 10,5 xal toplayaraq birinci yeri tutub[9] və FİDE-nin həmin ilin 20 avqust – 2 sentyabr tarixlərində Çinin Veifang şəhərində keçirəcəyi şahmat üzrə dünya çempionatına vəsiqə qazanıb.

2019-cu ilin iyun ayında Rumıniyanın Mamaya şəhərində təşkil olunan məktəblilərin şahmat üzrə Avropa çempionatında – U09 yaş kateqoriyası, oğlanlar arasında, – 9 oyundan 9 xal toplayaraq Avropa çempionu adını qazanıb[10].

2019-cu ilin 1 – 11 avqust tarixlərində isə Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş yeniyetmələrin şahmat üzrə şəxsi Avropa birinciliyində – U08 yaş kateqoriyası, oğlanlar arasında, – 3-cü yeri tutaraq bürünc medala layiq görülüb[11].

Digər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən Yusif Kərimlinin də adını çəkmişdir:

"

2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və Yusif Kərimli bürünc medal qazanmışlar[12].

"

Diplomları

İstinadlar

Aidiyyəti linklər

Şablon:Yaxşı məqalə