Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yusif Kərimli

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Y{{Şahmatçı | Adı = Yusif Kərimli | Orijinal adı = Kərimli Yusif Elşad oğlu | Şəkil = Yusif Kəriml...' ilə yarat) tərəfindən edilmiş 01:58, 12 iyun 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Chess tile kl-whitebg.svg
Yusif Kərimli
Kərimli Yusif Elşad oğlu
Yusif Kərimli
Yusif Kərimli məktəblilərin şahmat üzrə Azərbaycan çempionatinda, dekabr, 2018
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 12 iyun 2011 (2011-06-12) (12 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
FİDE reytinqi 2400-dən az (aprel 2022)

Yusif Kərimli (d.  12 iyun 2011, Şəki, Azərbaycan) — azyaşlı Azərbaycan şahmatçısı[1], 2019-cu il şahmat üzrə yeniyetmələrin şəxsi Avropa birinciliyinin – U08 yaş kateqoriyası, oğlanlar arasında, – bürünc medalçısı[2], məktəblilərin Avropa çempionatının – U09 yaş kateqoriyası, oğlanlar arasında, – qalibi[3].

Haqqında məlumatlar

Yusif Kərimli (mərkəzdə) – məktəblilər arasında şahmat üzrə Avropa çempionatı, U09 yaş kateqoriyası, oğlanlar, qaliblərin mükafatlandırılması mərasimi, Rumıniya, Mamaya şəhəri, 9 iyun 2019.

12 iyun 2011-ci ildə Şəki şəhərində anadan olub. 5 yaşından Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmatın sirlərini öyrənməyə başlayıb.

6 yaşında — 2017-ci il 11 – 19 iyun tarixləri arasında Monteneqronun Budva şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Avropa çempionatında – U07 yaş kateqoriyası, oğlanlar arasında, – altıncı yeri tutub[4]. Həmin ilin dekabrında “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə keçirdiyi məktəblilərin şahmat üzrə Azərbaycan çempionatında yeddi yaşadək oğlanlar arasında ikinci olub və məktəblilərin növbəti Dünya və Avropa birinciliklərində yenidən iştirak etmək hüququ əldə edib[5].

7 yaşında — 2018-ci ildə Albaniyanın Durres şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Dünya çempionatında, öz yaş qrupu üzrə ikinci olub[6]. Həmin il Polşanın Krakov şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə növbəti Avropa çempionatında isə öz yaşıdları arasında üçüncü yeri tutub.

2018-ci ilin dekabrında “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə keçirdiyi məktəblilərin şahmat üzrə Azərbaycan çempionatında 2010 – 2011-ci il təvəllüdlü oğlanlar arasında birinci yeri tutmuş və 2019-cu ildə keçiriləcək məktəblilərin növbəti Dünya və Avropa birinciliklərində iştirak etmək hüququ əldə etmişdir[7].

2019-cu ilin fevral – mart aylarında “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi şəhərində keçirilmiş “Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş” ənənəvi şahmat turnirində üçüncü olub[8].

2019-cu ilin may ayında İdman Gənclər Nazirliyi ilə Şahmat Federasiyasının birgə keçirdiyi Azərbaycan çempionatında səkkiz yaşadək oğlanlar arasında 11 oyundan 10,5 xal toplayaraq birinci yeri tutub[9] və FİDE-nin həmin ilin 20 avqust – 2 sentyabr tarixlərində Çinin Veifang şəhərində keçirəcəyi şahmat üzrə dünya çempionatına vəsiqə qazanıb.

2019-cu ilin iyun ayında Rumıniyanın Mamaya şəhərində təşkil olunan məktəblilərin şahmat üzrə Avropa çempionatında – U09 yaş kateqoriyası, oğlanlar arasında, – 9 oyundan 9 xal toplayaraq Avropa çempionu adını qazanıb[10].

2019-cu ilin 1 – 11 avqust tarixlərində isə Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş yeniyetmələrin şahmat üzrə şəxsi Avropa birinciliyində – U08 yaş kateqoriyası, oğlanlar arasında, – 3-cü yeri tutaraq bürünc medala layiq görülüb[11].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən Yusif Kərimlinin də adını çəkmişdir:

"

2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və Yusif Kərimli bürünc medal qazanmışlar[12].

"

İstinadlar

Əlaqəli linklər

Şablon:Yaxşı məqalə