Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Yusif Rəhimov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Yusif Rəhimov
Rəhimov Yusif Rəsul oğlu
Yusif Rəhimov
Yusif Rəhimov, 2019.

Yusif RəhimovAMEA Şəki Regional Elmi Mərkəzinin mülki-müdafiə qərargahının rəisi və “Mədəniyyət qalası” qəzetinin baş redaktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

12 yanvar 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində,

1977 – 1979, 1981 – 1984-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) elektromexanika fakültəsində təhsil alıb.

Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]

1979 – 1981-ci illərdə Kiyev Hava Hücumundan Müdafiə Dairəsinin qırıcı aviasiya polkunda hərbi xidmət edib. Xidmət zamanı 1-ci dərəcəli aviasiya mexaniki ixtisasına yiyələnib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1976 – 1977-ci illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin 2 №-li filialında fəhlə işləyib.

1984 – 1985-ci illərdə “Azərneftkimyazavodtəmiri” trestinin (Bakı) ixtisaslaşdırılmış mexanizasiya idarəsində mexanik,

1985 – 2002-ci illərdə Şəki rayonlararası “Aqrarsənayetikinti” trestində mühəndis, böyük mühəndis, texniki şöbə rəisi, baş mühəndis vəzifələrində çalışıb.

2003 – 2014-cü illərdə AMEA Şəki Regional Elmi Mərkəzində əvvəl kiçik elmi işçi, sonra elmi işçi,

2014 – 2024-cü illərdə ekoloji coğrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2024-cü ilin fevral ayından AMEA Şəki Regional Elmi Mərkəzin mülki-müdafiə qərargahının rəisidir.

İkinci iş yeri[Vizual/Mobil redaktə | HTML redaktə]

2012 – 2014-cü illərdə Şəki şəhər Heydər Əliyev Mərkəzində baş fond mühafizi vəzifəsini icra edib.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2017-ci ildən AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantıdır.

2020-ci ildən “Kiş Tarix Memarlıq Qoruğu”nun elmi şurasının üzvüdür.

2014 – 2023-ci illərdə bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda çalışdığı müəssisəni təmsil edib.

Elmi jurnallarda və konfrans materiallarında 19 elmi məqaləsi dərc olunub. “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri” kitabının həmmüəlliflərindən biridir.

Jurnalistlik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2015-ci ildən “Mədəniyyət qalası” qəzetinin baş redaktoru olub.

2020-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1985 – 1990-cı illərdə Şəki rayonlararası “Aqrarsənayetikinti” trestində işləyərkən, müxtəlif vaxtlarda xalq nəzarəti qrupunun sədri və ilk partiya təşkilatının katibi olmuşdur.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. AMEA Şəki Regional Elmi Mərkəzi Ərazi İlk Partiya təşkilatının sədr müavinidir.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, üç oğlu var və hamısı da ali təhsillidir. 2020-ci il Vətən müharibəsində ortancıl oğlu – mayor Neymət Rəhimov peşəkar hərbçi kimi, böyük və kiçik oğulları Ruslan və Rəsul Rəhimovlar isə rəsmi mətbuat nümayəndəsi kimi iştirak ediblər.

Həyat yoldaşı orta ixtisas təhsilli səhiyyə işçisidir.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...

...