Yusif Səfərov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:50, 26 iyul 2021 tarixli redaktə
Yusif Səfərov
Səfərov Yusif Həbibulla oğlu
Yusif Səfərov
Yusif Səfərov
Doğum tarixi 2 may 1921(1921-05-02)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR
Vəfat tarixi 2002(2002-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili  • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsində (1939 – 1941; 1947 – 1951) • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, aspirantura ( 1951–1954)
Atası Həbibulla Səfərov
Anası Xədicə Hüseynova
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"Qırmızı Ulduz" ordeni — 1945"Varşavanın azad edilməsinə görə" medalı"Qırmızı Bayraq" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985"Tərəqqi" medalı — 2000

Yusif Səfərov (1921–2002) — tarixçi alim, tarix elmləri doktoru, professor; Azərbaycanda tarixşünaslıq fənninə dair ilk dərsliyin müəllifidir.

Haqqında məlumatlar

2 may 1921-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1939-cu ildə Nuxa şəhər 11 №-li tam orta məktəbi bitirib.

1939 – 1941 və 1947 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində,

1951 – 1954-cü illərdə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Hərbi xidmətdə

5 avqust 1941-ci il tarixində Bakı şəhərinin Voroşilov Rayon Hərbi komissarlığından Sovet Ordusunda xidmətə götürülüb.

1945-ci ilin 19 aprelində Almaniyanın Frankfurt şəhəri uğrunda gedən döyüşlərdə ayağından ağır yaralanıb. Bundan sonra gəzmə qabiliyyətinin bərpası üçün 1945-ci ilin aprelindən 1947-ci ilin iyununa qədər SSRİ-nin müxtəlif hospitallarında ondan artıq cərrahiyyə əməliyyatları keçirilib.

19 iyun 1947-ci il tarixdə II qrup əlil kimi ordudan təxris olunub.

Əmək fəaliyyəti

1954-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində işləyib; o cümlədən,

1954-cü ildən tarix fakültəsində müəllim,

1955-ci ildən baş müəllim və kafedranın dosenti, sonra SSRİ tarixi kafedrasının müdiri, daha sonra mən­bəşünaslıq, tarixşünaslıq və tarixin tədrisi üsulları kafedrasının professoru olub.

Elmi fəaliyyəti

1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “1806 – 1812-ci illər Rusiya – Türkiyə müharibəsi (Qafqaz cəbhəsi)” mövzusunda namizədlik,

1994-cü ildə isə Bakıda “Azərbaycanın qədim tarixinin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycanda tarixşünaslıq fənninə dair ilk dərsliyin, 100-dən çox elmi monoqrafiya, məqalə, metodik vəsait, dərs vəsaiti və proqramların müəllifidir.

Elmi-ictimai fəaliyyəti

Uzun müddət Azərbaycan SSR Elmlər Akademiyasının terminologiya ko­missiyasının üzvü olub.

Təltif və mükafatları

Ailəsi

Atası: Həbibulla Səfərov, pinəçi olub, yaşının çox olmasına baxmayaraq, oğlundan sonra o, da müharibəyə getmiş, 1943-cü ildə Kerç uğrunda gedən döyüşdə ağır yaralanmış, oğlu Yusif Səfərovun qolları arasında vəfat etmişdir.

Anası: Xədicə Məhəmməd qızı Hüseynova, evdar qadın olub.

Ədəbiyyat

  1. Сафаров Юсуф Габибулаевич : [arx. 25.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 25.07.2021.;
  2. Сафаров Юсиф Габибулла-оглы : Орден Отечественной войны I степени : [arx. 25.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 25.07.2021.
  3. Məmmədov Ə., Xalıqov F. Səfərov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 348 – 354. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
  4. "SƏFƏROV YUSİF HƏBİBULLA OĞLU (1921-2002) Tarixçi". http://history.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 18 Jun 2017 – 11 Apr 2020 tarixində arxivləşdirilib..

Şablon:Yaxşı məqalə