Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Yusif Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 15:29, 24 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Əbdürrəhmanov
Əbdürrəhmanov Yusif Ələkbər oğlu
Yusif Əbdürrəhmanov
Yusif Əbdürrəhmanov.
Doğum tarixi 18 may 1912(1912-05-18)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 30 noyabr 1977 (65 yaşında)
İş yeri Azərbaycan SSR EA Zo­olo­giya İnstitutunun İxtiologi­ya laboratoriyası (müdir)
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1925–)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi (1934–1939)

SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutu, aspirantura (1940–)
Mükafatları "Şərəf Nişanı" ordeni

Yusif Əbdürrəhmanov (1912–1977) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR EA Zoologiya İnstitutunun ixtiologiya laboratoriyasının müdiri.

Haqqında məlumatlar

18 may 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Valideynlərini gənc yaşlarından itirib.

Təhsili

1925-ci ildə Nuxa nümunə–zəhmət məktəbini bitirib.

1925-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub.

1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.

1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunun aspiranturasına (ixtiologiya ixtisası üzrə) daxil olub.

Əmək fəaliyyəti

Nuxa Pedaqoji Texnikumunu bitirdikdən sonra 4 il ərzində kənd məktəblərində müəllim, kolxoz gənclər məktəbində müəllim və tədris hissə müdiri vəzifəsində çalışıb.

1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alarkən, 2 il ərzində SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya İnstitutunda laborant işləyib.

1939-cu ildə universiteti bitirdikdən sonra universitetin onurğalılar zoologiyası kafedrasında müəllim işləmək üçün saxlanılıb.

1952 – 1977-ci illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunda ixtiologiya laboratoriyasının müdiri olub.

Elmi fəaliyyəti

1945-ci ildə biologiya “Xəzər sirbitinin biologiyası” mövzusunda namizədlik,

1960-cı ildə “Azərbaycanın şirin su balıqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adını alıb.

1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

100-dən çox elmi əsərin, o cümlədən 6 mono­qra­fiyanın (“Bizim balıqlar” (1955), “Zoologiya terminləri lüğəti” (1961), “Azərbaycanın şirin su balıqları” (rus dilində, 1962), “Azərbaycan faunası” seriyasından olan “Balıqlar” (1966; VII cild) və s.) müəllifi, yaxud həmmüəllifidir.

Rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər dok­toru, 15 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

Elmi-ictimai fəaliyyəti

Azərbaycan SSR EA Biologiya Elmləri Bölmə­sinin Bir­ləş­miş Dissertasiya Müdafiəsi Şurasının,

Azərbaycan SSR EA Zoologiya İnstitutunun Elmi Şurasının,

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının üzvü,

“Heyvanlar alə­minin bərpası və mühafizəsi” problemi üzrə Koordinasiya Şurasının sədr müavini,

“Xəzər dənizi­nin kompleks surətdə öyrənilməsi” problemi üzrə Koordinasiya Şurasının,

“Su hövzələrinin bioloji sərvətlərindən istifadə olun­ması” problemi üzrə Koordi­nasiya Şurasının,

SSRİ Balıq Təsətrüfatı Nazirliyi İxtioloji komissiya­sının,

Ümum­ittifaq Hidrobioloqlar Cəmiyyətinin mərkəzi şurasının,

Azərbaycan Sovet Ensi­klo­pe­diyası biolo­giya və kənd təsərrüfatı bölmələri şurasının üzvü olub.

Digər

Böyük Vətən müharibəsinin iştirakçısıdır. Müharibənin ilk günlərindən 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində radist vəzifəsində çalışıb.

Təltifləri

Vəfatı

30 noyabr 1977-ci il tarixdə – 65 yaşında, Bakıda vəfat edib. Bakıda – İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 113. — 1.000 nüsx.
  2. ƏBDÜRRƏHMANOV Yusif Ələkbər oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 127-128. — 80.000 nüsx.
  3. "Universitetdə 1 nömrəli diplomun sahibi". http://www.anl.az/ (azərb.). “Azadlıq” qəzeti. 7 fevral 2013-cü il. 29 Nov 2020 tarixində arxivləşdirilib.
  4. "Vəfat etmiş müxbir üzvlər/Əbdülrəhmanov Yüsif Ələkbər oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 8 Aug 2020 tarixində arxivləşdirilib.
  5. ƏBDÜRRƏHMANOV Yusif Ələkbər oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 180. — ISBN 978-9952-441-13-0.